CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronun Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidAsfalt
Asfalt - Sputnik Azərbaycan, 1920, 26.06.2021
Abunə olmaq
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci km-dən 23.5-ci km-dək olan sahəsində təmir gedir.

BAKI, 26 iyun — Sputnik. Abşeron rayon Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci km-dən 23.5-ci km-dək olan yol sahəsində təmir işləri başlanılıb: "Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı km-də körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur".

Xəbər lenti
0