Əyani tədrisə qayıtmaq olar, amma bir şərtlə...

© Sputnik / Murad OrujovВозобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года
Возобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakıda direktor vəzifəsinə çıxarılan vakansiyaların sayı və digər məsələlər ilə bağlı jurnalistlərə açıqlama verib.

Bu ilin sentyabr ayından məktəblərdəki psixoloq ştatının vakansiyaya çıxarılması nəzərdə tutulur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Bakı məktəblərindəki psixoloq ştatları vakansiyaya çıxarılacaq

O bildirib ki, təhsil müəssisələrində psixoloji xidmət olduqca vacib məsələdir: "Xüsusilə də son dövrlərdə psixoloji-emosional vəziyyətin tənzimlənməsi gündəmdədir. Bununla əlaqədar Təhsil Nazirliyinin qərarı var ki, bütün məktəblərdə hər 1000 şagirdə 1 psixoloq ştatı ayrılsın. Buna uyğun olaraq yəqin ki, bu ilin sentyabr ayından psixoloq ştatı vakansiyaya çıxarılacaq".

Bakıda direktor vəzifəsinə çıxarılan vakansiyaların sayı açıqlanıb

Mehriban Vəliyeva deyib ki, 2020-2021-ci tədris ilində 20 məktəb direktorunun müqaviləsinə xitam verilib, 118-nin müqaviləsi uzadılıb. O bildirib ki, növbəti tədris ili üçün Bakı şəhəri üzrə 40-a yaxın məktəbə direktor vəzifəsinə vakant yer çıxarılıb: "Hazırda Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsi davam edir. Buna əsasən də güman edirik ki, vakant yerlərin hamısına direktor təyin edə biləcəyik".

Bütün təhsil işçiləri vaksinasiyadan keçərsə, əyani tədrisə qayıtmaq olar

O bildirib ki, növbəti tədris ilində hibrid, yoxsa tam əyani tədrisə keçiləcəyi barədə dəqiq fikir söyləmək çətindir. Tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur. Onun sözlərinə görə, amma bu, yenə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq: "Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə geri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyasıdan keçməsi çox vacib şərtdir".

Xəbər lenti
0