Temperatur 44 dərəcəyə çatacaq - Hava xəbərdarlığı

© Sputnik / Murad OrujovSündü şəlaləsi
Sündü şəlaləsi - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti havanın temperaturunun kəskin artacağı, temperatur diskomfortunun yaşanacağı barədə xəbərdarlıq edib.

BAKI, 25 iyun — Sputnik. İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 35-39, bəzi yerlərdə 41, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 45-55, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

İyunun 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 36-41, bəzi yerlərdə 43-44, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa əsasən, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva da ötən gün Sputnik Azərbaycan-a açıqlamasında anomal istilərlə bağlı xəbərdaqlıq edib. O bildirib ki, həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40 dərəcəyə yaxın, ayın 24-25-də isə ölkənin əsasən aran bölgələrində temperaturun 42-44 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.

Xəbər lenti
0