Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Neft daşları"nda ağlasığmaz olay – İşə sərhədçilər qarışdılar

© SOCARМесторождение "Нефтяные Камни"
Месторождение Нефтяные Камни - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Xəbərlərə abunə olun
Yandex newsTelegram
SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ərazinin xüsusi rejimli obyektə aid olduğu, kənar şəxslərin mühafizə zonasına girişinin qadağan edildiyi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara qanunsuz balıq ovu ilə məşğul şəxslər məhəl qoymayıblar.

BAKI, 25 iyun — Sputnik. Son günlər müxtəlif üzmə vasitələrindən istifadə olunmaqla "Neft Daşları"nda qanunsuz balıq ovlanması hallarının artması müşahidə edilir.

Sputnik Azərbaycan SOCAR və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə yaydığı məlumata istinadən xəbər verir ki, hazırda ov mövsümü olmadığına baxmayaraq, qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin "Neft Daşları"nın ətrafına, hətta estakadaların altına tor ataraq mühafizə olunan mədən ərazilərində istehsalat proseslərinə maneçilik törətmələri müəyyən olunub.

Qanunsuz balıq ovu üçün istifadə edilən torlar istehsalat prosesi zamanı müxtəlif avadanlıqların, ehtiyat hissələrinin, həmçinin "Neft Daşları"nda işləyən əməkdaşları daşıyan gəmilərin, qayıqların hərəkətinə mane olmaqla yanaşı, su nəqliyyat vasitələrinin estakadaya çırpılmasına, nəticədə ağır qəza hallarının baş verməsinə səbəb ola bilər.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ərazinin xüsusi rejimli obyektə aid olduğu, kənar şəxslərin mühafizə zonasına girişinin qadağan edildiyi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara qanunsuz balıq ovu ilə məşğul şəxslər məhəl qoymayaraq qanunsuz əməllərini davam ediblər.

İyun ayının 23-də DSX-nın Sahil Mühafizəsinin Xəzər dənizinin mərkəzi istiqamətində dövlət sərhədinin və neft-qaz hasilatı infrastrukturunun mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən "Dövlət Sərhəd Xidməti və Dövlət Neft Şirkəti arasında qarşılıqlı fəaliyyət Planı"na uyğun olaraq "Neft Daşları"nda dəniz estakadalarının ətrafında dənizə atılmış uzunluğu təxminən 1 km balıqçı toru toplanılmış və ərazidən kənarlaşdırılıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0