20:43 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
DÜNYA
Qısa URL
2216 0 0

Əvvəlcə kişi elə hesab edib ki, onu köpəkbalığı udub, sonra dişlərin olmadığını hiss edəndə anlayıb ki, balinanın ağzındadır.

BAKI, 12 iyun - Sputnik. ABŞ-da xərçəng ovçusunu qozbel balina udub, sonra isə tüpürüb.

"Qəfildən çox güclü təkan hiss elədim, sonra isə tam qaranlıq çökdü. Hərəkət etdiyimi, balinanın ağzındakı əzələləri sıxdığını hiss edirdim", - ən böyük məməlinin ağzına düşən 56 yaşlı Maykl Pakard Cape Cod Times-a deyib.

Əvvəlcə kişi elə hesab edib ki, onu köpəkbalığı udub, sonra dişlərin olmadığını hiss edəndə anlayıb ki, balinanın ağzındadır. Pakard deyir ki, balinanın ağzında ölüm ayağında olduğunu sandığından oğlanları barədə fikirləşirmiş.

Massaçusets sakini bildirir ki, heyvanın ağzına düşdükdən sonra balina özünü narahat hiss edib, başını bulamağa başlayıb və onu geri "tüpürüb".

Hadisədən sonra xəstəxanaya gətirilən Pakardda həkimlər yumşaq toxumaların əzilməsini qeydə alıblar, ancaq digər sınıq-çıxıq, ciddi zədə olmadığından onu evə buraxıblar. 

Alimlər deyirlər ki, belə hadisələr nadir hallarda baş verir. Onların fikrincə, qozbel balinaar adətən insan üçün təhlükə kəsb etmir və insanları xırda balıqları və digər dəniz canlılarını yeyərkən təsadüfən uda bilərlər.

Eləcə də oxuyun:

  • Əlini uzat və balinanı sığalla: heyvansevər turistlər üçün cənnət - FOTOLENT

  • Təmizlik və yetmiş milyard dollar - həyata keçsə, yaşadıq

  • Sosial şəbəkədə məşhurlaşan heyvana casus damğası vurdular - VİDEO

Teqlər:
xərçəng, ovçu, balinalar

Əsas mövzular