Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Nədən Rusiya Britaniya qırıcı gəmisinin təxribatına bu qədər sərt cavab verdi?

© REUTERS / SERGEY SMOLENTSEVБританский эсминец "Дефендер" в Черном море, фото из архива
Британский эсминец Дефендер в Черном море, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Defender qırıcı gəmisi Krımın Fiolent burnu yaxınlığında 3 km daxili sulara girib. Sərhəd pozucuları bir neçə dəfə radiorabitə vasitəsilə edilən xəbərdarlıqlara məhəl qoymayıblar.

Rusiya NATO ilə qarşıdurma axtarmır, lakin buna baxmayaraq sərhədlərini müdafiə etməyə, istənilən bayraq altında təcavüzkarı məhv etməyə hazırdır. Ona görə də Böyük Britaniyanın "Defender" qırıcı gəmisinin iyunun 23-də Krım sahillərində qəsdən törətdiyi təxribat gəmi heyətinin bir çox üzvləri üçün son missiya ola bilərdi. Rusiya aviasiyasının gəminin hərəkət xəttinə endirdiyi bomba zərbəsi NATO hərbi dəniz qüvvələrinin yüksək texnologiyalı düşmənə qarşı qarşıdurmada nə dərəcədə zəif olduğunu göstərir.

Britaniyaya məxsus HMS Defender qırıcı gəmisi bundan bir gün əvvəl Rusiyanın Qara dənizin bu zonasında raket atəşlərinin təşkilinə növbəti dəfə məhdudiyyət qoymasına rəğmən, iyunun 23-də, günorta radələrində Krım yarımadası yaxıınlığında Rusiya sərhədini pozub. Üzmək üçün qapalı olan rayonların yaxınlığında olmaq istənilən gəmi üçün təhlükəli idi.

Defender qırıcı gəmisi Krımın Fiolent burnu yaxınlığında 3 km daxili sulara girib. Sərhəd pozucuları bir neçə dəfə radiorabitə vasitəsilə edilən xəbərdarlıqlara məhəl qoymayıblar. Ona görə də, Rusiya FTX sərhəd xidmətiinin keşikçi gəmisi xəbərdarlıq atəşi açıb, Qara dəniz donanmasının Su-24M bombardmançı təyyarəsi isə Britaniya gəmisinin hərəkət xətti boyunca xəbərdarlıq məqsədi ilə bombalar atıb (4 ədəd 250 kq-lıq aviabomba). Ancaq bundan sonra, saat 12.23-də Defender qorxudan Fars körfəzinə üz tutaraq Rusiya ərazisini tərk edib.

Bütün söhbətlərə son qoymaq üçün Rusiya Müdafiə nazirliyi sərhəd pozucusunun Rusiya sularından qovulmasını əks etdirən video nümayiış etdirib. Kreml bu epizodu Böyük Britaniya HDQ-nin düşünülmüş və hazırlanmış təxribatı adlandırıb. Birləşmiş Krallığın Müdafiə nazirliyinin "gəminin sakitcə Ukrayna ərazi sularından keçməsi" barədə rəsmi versiyası isə heç bir tənqidə tab gətirmir. Hətta Defender-in göyərtəsində olan BBC jurnalistinin məqaləsi də gəminin Krımdan 12 mil məsafədə Rusiya sərhədlərini qəsdən və təxribat məqsədi ilə, tam döyüşə hazır vəziyyətdə pozmasını bir daha sübut edir. Bəs, britaniyalı ekipaj nə üçün və nəyin naminə bu cür risk edirdi?

Tarixi missiya

Raketli HMS Defender qırıcı gəmisi Qara dənizə iyunun 14-də gəlib və iyunun 18-də Ukraynanın Odessa limanına çatıb. Üç gün sonra onun göyərtəsində Britaniyanın sənaye konsorsiumu ilə Ukrayna HDQ arasında yaxın beş il ərzində dəniz tərəfdaşlığı layihələrinin icrasına dair memorandum imzalanıb. London və Kiyev Rusiyanın "qarşısının alınmasına dair" vahid siyasət yürütmək, birlikdə döyüş gəmiləri və Ukrayna sahillərində HDQ bazaları inşa etmək niyyətlərini ifadə ediblər. İyunun 23-də baş verən hadisə göstərir ki, "qarşısını almaq" tədbirləri çox da dərindən düşünülmüş deyil və ilk növbədə antirusiya "konsessiyası" iştirakçıları üçün təhlükəlidir.

Təxribatın ikinci səbəbi də var - HMS Defender qırıcı gəmisi ABŞ və Ukraynanın 28 iyun-10 iyul tarixlərində 30 ölkə, 32 gəmi, 40 təyyarə və 5000 hərbi qulluqçunun, o cümlədən 18 xüsusi əməliyyat qrupunun iştirakı ilə keçiriləcək müştərək Sea Breeze-2021 təlimini "qızışdırmaq üçün" bu addımı atıb. Təəssüf ki, bu antirusiya manevrlərində artıq onuncu dəfədir ki, guya neytral olan və Rusiyanın qayğıkeşliklə koronavirus əleyhinə peyvənd verdiyi Moldova da iştirak edir.

Krım sahilləri yaxınlığında Britaniya təxribatından bir gün əvvəl, iyunun 22-də Rusiya ABŞ və onun müttəfiqlərini iri miqyaslı və aqressiv, Qara dənizdə təsadüfi inssidentlərin baş verməsi riskini artıran Sea Breeze manevrlərinin keçirilməsindən imtina etməyə çağırıb. Belə görünür ki, "tərəfdaşlar" növbəti dəfə Moskvanın xoş məramını qulaq ardına vurublar. Xəbərdarlıq atəşi və bomba atılması ilə bağlı irinci süjetdən sonra yaxın iki həftə ərzində Qara dəniz regionunda yeni təxribatların da olması ehtimalı var.

Təsadüfi feyil ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov iyunun 24-də deyib: "Biz sağlam düşüncəyə dəvət edə, beynəlxalq hüquqa hörmətlə yanaşmağı tələb edə bilərik. Əgər bu kömək etmirsə, həmkarlarımız anlamırsa, bombaları hərəkət xəttinə deyil, hədəfin özünə də ata bilərik". Qeyri-diplomatik, lakin dəqiq deyilib. Çünki, Rusiya sərhədlərinin toxunulmazlığı mütləq imperativ təşkil edir.

Krımın Fiolent burnu yaxınlığında insident 2020-ci ilin payızında Vladivostok yaxınlığındakı Pyotr Veliki körfəzində Rusiyanın sərhədini pozmuş ABŞ-ın "Con Makkeyn" qırıcı gəmisi ilə bağlı əhvalatı xatırlatdı. O vaxt gəmi Rusiyanın "Admiral Vinoqradov" gəmisi trəfindən taran olunacağından ehtiyat edərək hərəkət istiqamətini dəyişib. Bundan sonra Rusiya Müdafiə nazirliyinə dəvlət sərhədi pozucularının hərəkət xətti boyunca artilleriya atəşi və aviasiya zərbələri endirmək hüququ verilib.

Ayrı-ayrı ölkələrin Rusiya sərhədlərinin təsviri ilə razılaşmaması həmin sərhədləri NATO üçün "şəffaf" etmir.

Sabitliyin pozulmasının təşkili

Sea Breeze-2021 təlimləri Qara dənizin şimali-qərb hissəsində və Ukraynanın bəzi bölgələrində keçiriləcək. Manevrlər Ukrayna akvatoriyasının hüdudlarından kənara çıxır. Planlar belədir: Xerson və Nikolayev vilayətlərindəki poliqonlarda – Krım yaxınlığında dəniz desantının çıxarılması, NATO xüsusi əməliyyat qüvvələrinin quru qoşunları ilə müştərək fəaliyyətinin təşkili.

Quruda olan qərargahlar qüvvələrin döyüş təyinatı ərazisinə göndərilməsi və dəniz desantı ilə birlikdə sahil istiqamətində hücumun təşkili ilə məşğul olacaqlar. Ssenariyə əsasən, koalisiya qüvvələri "qonşu dövlətin hərtərəfli yardım göstərdiyi" "qanunsuz silahlı birləşmələrin" fəaliyyəti nəticəsində yaranan "böhran vəziyyətinin nizamlanması"na cəlb olunacaq.

Burada Donbasın Kiyevin nəzarətində olmayan əraziləri istiqamətində təcavüzkar vektor sezlir. Ola bilər ki, koalisiya 2018-ci ildə baş vermiş "Kerç keçidi"ni təkrar etməyə hazırlaşır və bu əməliyyat da təşkilatçılar üçün alçaldıcı nəticələrə gətirib çıxaracaq.

Rusiya Müdafiə Nazirliyi "Sea Breeze"in gedişini diqqətlə izləyir və ölkənin təhlükəsiliyinin təmin olunması naminə yaranmış vəziyyətə adekvat reaksiya verəcək.

Hələ ki, NATO Ukraynaya quruma üzvlüklə bağlı fəaliyyət planı verərək risk etmk istəmir və bu ölkənin ordusunu və ərazisni Rusiyanın cızdığı "qırmızı xətləri" keçmədən istifadə etmək niyyətindədir. Alyans çoxsaylı "qaranlıq" inteqrasiya proqramlarını həyata keçirir. Məsələn, Mariupol yaxınlığındakı poliqonda 60 nəfər ingilis və danimarkalı təlimatçı 500 Ukrayna əsgərinə snayperliyi və partlatma işini öyrədir. Donbas əhalisi "tərəfdaşların" Ukrayna xalqının təhlükəsizliyinə qayğısını öz üzərində hiss edir.

Planetin digər tədəfində Rusiyanın Sakit okean donanması ən yeni tarixdə ilk dəfə Sakit okeanın mərkəzi hissəsində - ABŞ-ın batırıla bilməyən aviadaşıyıcısı sayılan Havay adaları istiqamətində iri miqyaslı təlimlər təşkil edib. Təlimlərdə iyirmiyə qədər raketli gəmi və sualtı qayıq, təyyarələr və vertolyotlar içtirak edib.

Təlimlərdə şərti düşmənin aviadaşıyan həmlə qrupunun məhv edilməsi uğurla və nümayişkər surətdə məşq olunub. Rusiya hərbi dəniz qüvvələri Dünya okeanının istənilən nöqtəsində ehtimal olunan düşmən üçün hiper-səs və termonüvə "küləyi" təşkil etməyə qadirdir.

Beynəlxalq təhlükəsizliyə dair Moskva konfransında Rusiya prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Şoyqu və silahlı qüvvələrin baş qərargah rəisi Valeri Gerasimov "tərəfdaşlara" müharibə ehtimalının yüksək olması ilə bağlı "üçqat" xəbərdarlıq ünvanlayıblar. Baş qərargah rəisi belə bir xatırlatma edib: "Rusiya ona və müttəfiqlərinə qarşı nüvə və ya digər kütləvi qırğın silahı tətbiq olunduğu, habelə adi silahlar tətbiq olunmaqla Rusiyaya qarşı təcavüz olduğu və bunun dövlətin məvcudluğuna təhlükə yaratdığı təqdirdə ancaq cavab tədbiri olaraq nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır".

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала