CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kirayənişin müəllimi xilas edən ev sahibi yanıb

© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanПожар на рынке стройматериалов EuroHome, 11 мая 2020 года
Пожар на рынке стройматериалов EuroHome, 11 мая 2020 года - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Qubada baş verən yanğın zamanı Tərlan Əhmədov özünə məxsus evin ikinci mərtəbəsində kirayədə qalan Könül Cəfərovanı yanğından xilas edərkən xəsarət alıb.

BAKI, 25 iyun — Sputnik. Bakıdan Qubaya təyinatla gələn müəllimin kirayə qaldığı mənzildə yanğın baş verib.

Hadisə gecə saatlarında Qubanın Zərqova İƏD-nin Xaspolad kəndində qeydə alınıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, kənd sakini, 1985-ci il təvəllüdlü Tərlan Əhmədova məxsus ikimərtəbəli yaşayış evində qəfil alov bütün evi bürüyüb. Nəticədə ümumi sahəsi 80 kvadratmetr olan ikimərtəbəli ev və əşyaları tam yanıb.

Ev sahibi Tərlan Əhmədov və həmin evdə kirayədə qalan, Bakıdan kəndə ibtidai sinif müəllimi kimi işləməyə gələn 1993-cü ildə təvəllüdlü Könül Cəfərova hadisə zamanı yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Quba Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.

Onu da qeyd edək ki, Tərlan Əhmədov evinin ikinci mərtəbəsində kirayədə qalan Könül Cəfərovanı yanğından xilas edərkən xəsarət alıb.

Xəstəxanada Könül Cəfərovaya birinci, ev sahibi Tərlan Əhmədova isə ikinci dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub. Yanğının elektrik xəttində qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Hadisə yerində FHN-in Quba Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi işləyib. Yanğının başvermə səbəbi araşdırılır.

Eləcə də oxuyun:

  • Qaxdakı partlayışın ürəkparçalayan təfərrüatı: toya hazırlaşırdı...

  • FHN əhaliyə müraciət etdi: Yandırmayın!

  • Bakıda çoxmərtəbəli yaşayış binasında qorxulu anlar yaşanıb

Xəbər lenti
0