Avstriya, Litva və Rumıniya XİN başçılarının Cənubi Qafqaz səfəri: yeni təfərrüatlar

© AP Photo / Darko VojinovicВид на Flame Towers (Пламенные башни) в Баку, фото из архива
Вид на Flame Towers (Пламенные башни) в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Səfər o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində mövcud olan imkanlar vasitəsilə Aİ-nin həm Cənubi Qafqaz ölkələri ilə, həm də onlar arasında daha geniş əməkdaşlığı dəstəkləməyə hazır olduğunu göstərir.

25 iyun 2021-ci il tarixində Avropa İttifaqının (Aİ) üzv ölkələri, Avstriya Respublikasının xarici işlər naziri Aleksandr Şallenberq, Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis və Rumıniya Respublikasının xarici işlər naziri Boqdan Aureskunun rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində nazir Ceyhun Bayramovun qarşı tərəflə görüşü keçirilib.

XİN-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, görüşdə Azərbaycan tərəfindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.

Görüşdə tərəflər münaqişə sonrası bölgədə mövcud olan vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, həyata keçirilən quruculuq və bərpa işlər barədə məlumat verib. Azərbaycanın üçtərəfli bəyanatın icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər, o cümlədən humanitar sahədə görülən işlərdən bəhs edilib.

Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman əhəmiyyət verdiyi vurğulanıb. BMT-nin müvafiq qurumlarının Azərbaycanın azad edilmiş ərazilərinə missiyalarını qəbul etməyə hazır olduğumuz, YUNESKO və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bununla bağlı cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Tərəflər cari vəziyyətdə bölgədə sülh və dayanıqlı inkişafın təmin edilməsi yolları, o cümlədən etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

13:58

Bakıda səfərdə olan Avropa İttifaqı nümayəndə heyətinin üzvü, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib ki, Azərbaycan və Ermənistan arasında barışığın əldə edilməsi və “Şərq tərəfdaşlığı”nın möhkəmləndirilməsi ilə bağlı növbəti addımlarla əlaqədar Azərbaycan rəhbərliyi ilə yaxşı danışıqları olub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, litvalı nazir Aİ-nin Azərbaycanla əlaqələrinin perspektivinə toxunaraq deyib: 

"Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin adından Aİ-nin Azərbaycanla daha sıx qarşlıqlı əlaqələr qurmaqda maraqlı olduğunu bildirdik”. 

Xatırladaq ki, Avropa İttifaqının üç ölkəsinin - Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Cənubi Qafqaz turu çərçivəsində Bakıya gəliblər. Onlar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslərlə görüşüblər. Nazirlər Bakıldan sonra Yerevan və Tbilisiyə də səfər edəcəklər.

Üç nazirin Cənubi Qafqaz səfəri

Avropa Komissiyasının ali nümayəndəsi və vitse-prezidenti Jozep Borrel Fontellesdən səlahiyyət almış Avstriya Respublikasının Avropa və beynəlxalq əlaqələr üzrə naziri Aleksandr Şallenberq, Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniya Respublikasının xarici işlər naziri Boqdan Aureskunun cari ilin 25-26 iyun tarixlərində Ermənistan, Azərbaycan və Gürcüstana səfəri planlaşdırılıb. 

Ali nümayəndə adından həyata keçirilən səfər Avropa İttifaqının bu ölkələrlə ikitərəfli münasibətlərinə, Cənubi Qafqaz bölgəsinə və Aİ-nin Şərq Tərəfdaşlığı mexanizminə verdiyi əhəmiyyəti vurğulayır.

Səfər o cümlədən "Şərq Tərəfdaşlığı" çərçivəsində mövcud olan imkanlar vasitəsilə Aİ-nin həm Cənubi Qafqaz ölkələri ilə, həm də onlar arasında daha geniş əməkdaşlığı dəstəkləməyə hazır olduğunu göstərir. Bu yaxınlarda Aİ xarici işlər nazirləri arasında keçirilmiş qeyri-rəsmi Xarici İşlər Şurasında (Gümnix) Aİ-nin Şərq qonşuluğundakı münaqişələrə dair aparılmış müzakirələrin ardından, səfər, Aİ-nin münaqişələrin həlli istiqamətində davamlı və hərtərəfli səyləri təşviq etmək və onları fəal şəkildə dəstəkləmək əzmini vurğulayacaq.

Nazirlər Bakıda Azərbaycanın Prezidenti İlham Əliyev, Ermənistanın Prezidenti Armen Sarkisyan və Baş naziri vəzifəsini icra edən Baş Naziri Nikol Paşinyanla Yerevan, Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili ilə Tbilisidə görüşəcəklər.

Səfər eləcə də 2021-ci ilin dekabrında keçirilməsi planlaşdırılan "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq çərçivəsində Aİ-nin üç ölkəni dəstəklədiyi mesajını çatdıracaq.

Nazirlər, səfərin sonunda şənbə günü 26 iyun tarixində yerli vaxtla saat 15:00 (CEST saat 13:00) Tblisidəki Aİ Nümayəndəliyində mətbuat konfransı keçirəcəklər (CEST).

Xəbər lenti
0