Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Emin Ağalarov yeni klipini izləyicilərinə təqdim edib

© Photo : RAMIN NIFTELIYEVСъемки клипа Эмина Агаларова на песню «Отпусти и Лети»
Съемки клипа Эмина Агаларова на песню «Отпусти и Лети» - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
Emin Ağalarov deyib ki, klipin çəkilişləri Azərbaycanda heç vaxt olmadığı yerlərdə aparıldığına görə çox xoşbəxtdir.

BAKI, 24 iyun — Sputnik. Xalq artisti Emin Ağlarov sevənlərinə yeni klip təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi "Otpusti i leti" adlı mahnısını Azərbaycanın dilbər guşələrindən olan İsmayıllıda lentə aldırıb. Bu haqda ifaçı şəxsi "Instagram" hesabında məlumat verib. Xalq artisti klipin İsmayıllıda çəkilməsinin şəxsi fikri olduğunu bildirib: "İndiyə qədər belə bir klip çəkdirməmişdim. Ekran işinin çəkilişlərinə 3 gün vaxt sərf olunub. Klip əvvəl İsmayıllıda, daha sonra Xızıda lentə alınıb. Çəkilişlər Azərbaycanda heç vaxt olmadığım yerlərdə aparıldığına görə çox xoşbəxtəm".

Qeyd edək ki, klipin rejissorluğunu Katya Yak edib. Mahnının sözləri və musiqisi Emin Ağalarova məxsusdur.

Məlumat üçün bildirək ki, 2006-cı ildə Eminin ilk "Still" adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o, həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə "Incredible" adlı albomunu çıxardıb ki, albomdakı "Don't Cry" mahnısı "Sıfır kilometr" filminin saundtrekində yer alıb. Daha sonra isə Elvis və Frenkin “cover”-lərindən ibarət olan "Obsession" və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı “Devotion” albomu satışa çıxıb.

Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və "Wonder" albomunu Britaniyada satışa çıxarır. Onu da bildirək ki, müğənni əksər mahnılarının müəllifidir. Avropada, xüsusən də Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.

27 may 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Xəbər lenti
0