Azərbaycanlı musiqiçi iş yerində vəfat edib

© Sputnik / Murad OrujovЦеремония почтения памяти жертв Ходжалинской трагедии
Церемония почтения памяти жертв Ходжалинской трагедии  - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
Musiqi prodüseri, aranjimançı və təşkilatçı Emil Minyaşev 43 yaşında çalışdığı ofisdə həyata əlvida edib.

BAKI, 24 iyun — Sputnik. Musiqi prodüseri, aranjimançı və təşkilatçı Emil Minyaşev vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə musiqiçinin dostu Ridvan Sadirxanov "Facebook" hesabında paylaşım edib.

Qeyd edilib ki, 43 yaşlı prodüser iş yerində dünyasını dəyişib. Onun vəfat etməsinin səbəbi hələlik bəlli deyil.

Emil Minyaşev 11 noyabr 1978-ci ildə Bakıda anadan olub. Musiqiçi və aranjimançı bir çox məşhur Azərbaycan musiqiçiləri ilə - Ədalət Şükürov, Arzu Rzayev və s. müğənnilərlə əməkdaşlıq edib. Aranjimançı bu yaxınlarda "Dayan" adlı musiqisini izləyicilərinə təqdim etmişdi.

Sənət dünyasında növbəti itki

Xatırladaq ki, iyunun 22-də də kinorejissor, dramaturq Çingiz Rəsulzadə tək yaşadığı bağ evində vəfat etmişdi. Bakı doğumlu Ç.Rəsulzadə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan "Həyat haqqında mimlər" (2002) qısametrajlı bədii filminin və "Jestlər.. Barışıq" (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, "İkinci" qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən "Kuklalar" (2009) filminin quruluşçu rejissorudur.

 

Xəbər lenti
0