BAKI, 22 iyun — Sputnik. Finlandiya millisinin qapıçısı Lukaş Qradetski (74-cü dəqiqə) topu öz qapısına vurub. Daha bir qolu isə belçikalıların hücumçusu Romelu Lukaku vurub.
Stadionda oyuna 18 545 azarkeş tamaşa edib.
Qrupun digər qarşılaşmasında Kopenhagendə Rusiya millisi Danimarka komandasına 1:4 hesabı ilə məğlub olub.
9 xal toplayan Belçika millisi qrupun lideridir. Onun 1/8 finalda onun rəqibi bir müddət sonra müəyyən olunacaq.
Avropa çempionatının debütantı olan Finlandiya yığması 3 xalla qrupda 3-cü yerdə qərarlaşıb və hələ də pley-off mərhələsinə çıxmağa ümidi var.
Danimarka millisi 3 xalla əlavə parametrlrə görə qrupda ikinci yeri tutub və iyunun 26-da artıq 1/8 finalda Uels komandası ilə qarşılaşacaq.
Hesabında 3 xalı olan Rusiya millisi isə qrupun sonuncusudur və bunula da AVRO-2020-dəki çıxışlarını başa vurub.