CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Anadolu Qartalı – 2021" beynəlxalq taktiki-uçuş təlimi başlayıb - VİDEO

Abunə olmaq
Təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

BAKI, 22 iyun — Sputnik. Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Təlim iyulun 3-dək davam edəcək.

İyunun 21-də başlamış təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edir.

İyunun əvvəllərində Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada "Anatolian Phoenix-2021" beynəlxalq axtarış-xilasetmə təlimləri keçirilib. Azərbaycan Ordusu təlimdə Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunub.

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Anatolian Phoenix-2021" təliminin "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edib.

Əvvəlcə qonaqlar Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrin nümunəvi uçuşlarını izləyiblər.

Sonra təlimin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub. Qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və aviasiya vasitələri ilə tanış olub, qarşıya qoyulan tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Təlimə cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.

Azərbaycan HHQ-nin hərbi qulluqçuları və Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının peşəkarlıq səviyyəsi təlim rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Xəbər lenti
0