CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanın Laçında törətdiyi cinayətə görə Baş Prokurorluq iş açdı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВид на город Лачин, Азербайджан, фото из архива
Вид на город Лачин, Азербайджан, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlanılıb, ibtidai istintaqın aparılması İstintaq idarəsinə tapşırılıb.

BAKI, 21 iyun — Sputnik. Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququnun əsas norma və prinsipləri, eləcə də "Canlı təbiətin və təbii mühitinin qorunması haqqında" 1979-cu il tarixli Avropa Konvensiyanın tələbləri kobud şəkildə pozularaq Azərbaycan Respublikasının ətraf mühitinə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə işğala məruz qalmış ərazilərimizdə Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ölkəmizə qarşı ekoloji terrorçuluq cinayəti törədilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib. Məlumata görə, aparılan araşdırmalarla Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri tərəfindən növbəti dəfə barbarlıq nümayiş etdirilərək nadir flora və faunası olan Laçın rayonunda işğaldan azad olunmasından az müddət öncə qanunsuz olaraq 1818 ədəd müxtəlif cinsli, köküstdə çoxillik ağacların kəsilməsinə və bunun nəticəsində ölkəmizə 1 milyon 511 min 330 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilənlərlə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlanılıb, ibtidai istintaqın aparılması, Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən, İstintaq idarəsinə tapşırılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılır.

Eləcə də oxuyun:

  • Ermənistan Qarabağı səhralığa çevirib - ETSN

  • Prezidentin Füzuli səfəri: Köndələnçay su anbarı əbədi bizim əlimizdə olacaq

  • Ermənistan "səssiz" terrora əl atıb

Xəbər lenti
0