SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyevlə Qazaxıstan XİN rəhbəri nələri müzakirə etdilər

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin müavinini Muxtar Tleuberdını qəbul edib
Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin müavinini Muxtar Tleuberdını qəbul edib - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
Qazaxıstan XİN başçısı iyunun 20-dən Bakıda səfərdədir. Səfər çərçivəsində qazaxıstanlı diplomat həm ölkəmizin başçısı ilə, həm də azərbaycanlı həmkarı ilə görüşüb.

BAKI, 21 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdını qəbul edib.

Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi Qazaxıstan dövlətinin başçısı Kasım-Jomart Tokayev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Qazaxıstan dövlətinin başçısının və Qazaxıstanın birinci Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kasım-Jomart Tokayevə və Nursultan Nazarbayevə çatdırmağı xahiş etdi.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu qeyd olunaraq, hazırda bu siyasətin Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyi bildirildi, Prezidentlər arasında daimi təmasların əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas yaratdığı vurğulandı.

Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, investisiya layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafının önəmi qeyd olundu. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyi bildirildi.

Eyni zamanda, ticarət dövriyyəsinin artırılmasının da gündəlikdə duran mühüm məsələlərdən biri olduğu qeyd edildi və pandemiya bitdikdən sonra ticarət dövriyyəsinin bərpa olunacağına və artırılacağına ümidvarlıq ifadə olundu. Bu baxımdan ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsinin və qarşılıqlı ixracın genişləndirilməsinin vacibliyi vurğulandı.

Görüşdə ölkələrimiz arasında beynəlxalq əməkdaşlıq sahəsində də sıx əlaqələrin mövcud olduğu məmnunluqla qeyd edildi.

Muxtar Tleuberdi Azərbaycanın ərazi bütövlüyünün bərpası, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidentini və Azərbaycan xalqını səmimiyyətlə təbrik etdi. O, bu Qələbənin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdi.

Xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdını qəbul edib. Sonra isə Azərbaycan və Qazaxıstan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü başlayıb.

----------

10:56

Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. O, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Qeyd edək ki, Qazaxıstan XİN başçısı iyunun 20-də Bakı Olimpiya Stadionunda Türkiyə və İsveçrə arasında AVRO-2020 çərçivəsində baş tutmuş futbol matçını izləyib.

Qazaxıstanda biznes perspektivləri

APA-nın məlumatına görə, Azərbaycan sahibkarları Qazaxıstanda mövcud olan azad iqtisadi zonalar və sənaye parkları barədə məlumatlandırılacaqlar.

Azərbaycan Sahibkarlar Konfederasiyasından bildirilib ki, bu məqsədlə ASK-nın Qazaxıstan üzrə nümayəndəsi Zakir Binnətlinin iştirakı ilə iyunun 29-u sahibkarlarla onlayn görüş təşkil olunacaq.

Z.Binnətli Qazaxıstanda azad iqtisadi zonalar və sənaye parklarının investisiya imkanlarından, investisiya yatırılması üçün daha əlverişli olan sənaye sahələri (fabriklər və zavodlar), investisiya üçün tələb olunan sənədlər və investisiya həcmi, həmçinin Qazaxıstanda mövcud investisiya layihələri barəsində ətraflı məlumat təqdim edəcək.

Qeyd edək ki, Z.Binnətli Nur-Sultan şəhərindəki Azad İqtisadi Zonada inşa olunan parfümeriya zavodunun tikintisinə və istismara verilməsinə rəhbərlik edir. Zavod Nur-Sultan şəhərində Azərbaycan mənşəli ilk investisiya layihəsidir.

Eləcə də oxuyun:

  • Qazaxıstanın XİN rəhbəri Azərbaycanın səfiri ilə görüşdü

  • Qazaxıstan prezidenti İlham Əliyevə zəng edib

Xəbər lenti
0