Baydenlə görüşmək niyyətinə deyiləm – İranın yeni prezidenti sərt danışdı

© © Morteza Fakhri Nezhad/ Young Journalists Club, YJC via APПрезидент Ирана Ибрахим Раиси, фото из архива
Президент Ирана Ибрахим Раиси, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
İran Tehran üzərindən sanksiyaların aradan qaldırılması ilə bağlı prezident Co Baydenlə görüşmək niyyətində deyil.

BAKI, 21 iyun — Sputnik. İranın yeni seçilən prezidenti İbrahim Rəisi bəyan edib ki, amerikalı həmkarı Co Baydenlə görüşmək niyyətində deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rəisi bu gün mətbuat nümayəndələri üçün keçirdiyi görüşdə bildirib.

"İran Tehran üzərindən sanksiyaların aradan qaldırılması ilə bağlı prezident Co Baydenlə görüşmək niyyətində deyil", - deyə Rəisi qeyd edib.

O, həmçinin bildirib ki, rəsmi Vaşinqton sanksiyaları aradan qaldırmalıdır: "ABŞ İrana qarşı sanksiyaları aradan qaldırmalıdır, onlar nüvə sazişini pozdular. Avropa İttifaqı da sazişin müddəalarına əməl etməyib".

Qeyd edək ki, ötən cümə günü İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanaraq qalib gəlib.

Xatırladaq ki, əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürmüşdü. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - Məsləhət Şurasının katibi Möhsün Rzayi və İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizade Haşimi, həmçinin İran Mərkəzi bankının keçmiş rəhbəri Əbdülnaser Hemmati arasında gedib.

İranın hazırki prezidenti Həsən Ruhani ikinci müddəti tamamladığına görə seçkilərdə iştirak etməyib. Ekspertlər İranın ali lideri Əli Xameneinin İbrahim Rəisini dəstəklədiyini bildirirlər.

Xəbər lenti
0