Siqaret baha olanda: Gömrükçülər ondan pul qazanmağın asan yolunun qarşısını kəsib - VİDEO

© The State Customs Committee of ARAksiz markası olmayan siqaretlər
Aksiz markası olmayan siqaretlər - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu Bakı şəhəri Yasamal rayonu ərazində əməliyyat-axtarış tədbirləri həyata keçirib və "Mercedes Benz" markalı avtomobil saxlanılıb.

BAKI, 18 iyun — Sputnik. Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar. Sputnik Azərbaycan-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbərinə görə, belə ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə külli miqdarda aksiz markasız siqaretlərin Bakı və Sumqayıt şəhərlərində realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu Bakı şəhəri Yasamal rayonu ərazində əməliyyat-axtarış tədbirləri həyata keçirib və "Mercedes Benz" markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildə, ümumilikdə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 120 000 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün öncə də bənzər hadisə baş vermişdi.

Qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret müsadirə edilib və ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

Yevlax Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Mingəçevir şəhər sakininin idarə etdiyi OPEL SİGNUM markalı, 66 BJ 720 dövlət nömrə nişanlı avtomobil Mingəçevir şəhəri Mərkəzi Bazar ərazisində gömrükçülər tərəfindən saxlanılıb və sürücüyə qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük baxışı keçirilməsi üçün nəqliyyat vasitəsinin Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə aparılacağı bildirilib. Lakin sürücü xidməti vəzifəsini yerinə yetirən gömrük əməkdaşlarının tələblərinə məhəl qoymayaraq avtomobilində yoxlama aparılmasına mane olmağa çalışıb.

Gömrük əməkdaşları təkrar qanunvericiliyin müvafiq müddəaları barədə izahat apardıqdan sonra vətəndaşın idarə etdiyi avtomobil özünün iştirakı ilə Yevlax Gömrük İdarəsinə gətirilərək nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda və yük yerində xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 29000 ədəd - "Manchester Nano Black", "Cavallo Pure", "Senator White Line", "Senator Graand Virginia", "GM Grand mark", "Goldengate", "GM Nano edition", "Senator Aroma", "Mac extra Philter", "NZ", "Cavallo Gino Ferrera", "CK Canary" və "Kingdom" markalı siqaretlər aşkar edilib.

Xəbər lenti
0