Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Zəngəzur dəhlizi, Şuşa Bəyannaməsi, Moskvanın rolu – Markov Ərdoğanın səfəri barədə

© Official website of President of Azerbaijan RepublicВстреча президентов Азербайджана Ильхама Алиева и Турции Реджепа Тайипа Эрдогана в Шуше, 15 июня 2021 года
Встреча президентов Азербайджана Ильхама Алиева и Турции Реджепа Тайипа Эрдогана в Шуше, 15 июня 2021 года - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Rusiyalı politoloq Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsini şərh edərək bu sənədin hansı sahələrə təsir göstərəcəyindən danışıb.

Zəngəzur dəhlizi layihəsi çərçivəsində inşa olunacaq yeni dəmiryoluna, böyük ehtimalla, Rusiya nəzarət edəcək – Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bu fikirdədir.

Hamıya yararlı dəhliz

Moskva Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və bu layihədə fəal şəkildə iştirak edəcək. Markov belə hesab edir ki, sözügedən layihə yalnız Cənubi Qafqaz ölkələri arasında münasibətlərin yenidən qurulmasına səbəb olmayacaq, həm də bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcək, eləcə də Rusiya ilə Türkiyə arasında əlaqələrin təminatına imkan verəcək.

Politoloq ondan da əmindir ki, Rusiya Zəngəzur dəhlizindən fayda götürəcək yeganə ölkə olmayacaq, həmçinin bu layihə çərçivəsində inşa olunacaq dəmir yolunun tikintisində də fəal iştirak edəcək.

"Ermənsitan Türkiyə və Azərbaycana şübhə ilə yanaşır, Azərbaycan tərəfi isə, müvafiq olaraq Ermənistanın dəmir yollarına güvənmir. Odur ki Rusiya neytral vasitəçi olaraq bu dəmir yolununun sahibi və əməliyyatçısı kimi ideal variant hesab oluna bilər", – deyə politoloq fikrini izah edib.

Sputnik Azərbaycan-ın həmsöhbəti bu fikirdədir ki, Zəngəzur dəhlizi layihəsi çərçivəsində inşa olunacaq yeni dəmir yolu məhz Rusiya tərəfindən idarə olunacaq.

Markov belə hesab edir ki, hazırda dəhlizinin açılması çərçivəsində siyasi atmosferi təmin etmək də böyük əhəmiyyət daşıyır.

Hərçənd, bunu reallaşdırmaq bir o qədər də asan iş deyil, çünki Ermənistanın bu məsələ ilə bağlı bəzi qorxuları var. Azərbaycan isə dəfələrlə bəyan edib ki, Zəngəzur qədim Azərbaycan torpağıdır – deyə politoloq vurğulayıb.

"Bununla belə, Zəngəzur dəhlizi bütün regionun inkişafına böyük təkan verə bilər və hazırda bütün maraqlı tərəflər qorxularını bir tərəfə qoyub bu dəhlizin tikintisini nəzərdə tutan layihə üzərində çalışmalıdır", – deyə politoloq qeyd edib.

Şuşa Bəyannaməsi və Rusiya

Sputnik Azərbaycanın həmsöhbəti onu da xatırladıb ki, Zəngəzur dəhlizi məsələsi iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsində də öz əksini tapıb. Ancaq onun sözlərinə görə, bu sənəddə əsas məqam iki ölkə arasında müttəfiqlik münasibətlərinin yeni formasının təsdiqlənməsidir.

"Rusiya cəmiyyətində Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsindən narahatlıq müşahidə olunur. Bu narahatlıq xüsusən də, güclü erməni və ermənipərəst lobbi tərəfindən bir az da artırılır. Özü də bunu həm KİV-də, həm də bəzi hakimiyyət strukturlarında həyata keçirirlər", – deyə Markov bildirib.

Bütün bu hadisələrin fonundan baş verənləri anlamaq Moskva üçün vacib idi. Və Rusiya tərəfi Şuşada Əliyevlə Ərdoğanın nəinki Rusiyanı tənqid etmədiklərini, əksinə onun ünvanına xoş sözlər səsləndirmələrini, hətta bu ölkə ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıqlarını məmnunluqla izlədi.

O xatırladıb ki, Azərbaycan və Rusiya bölgənin inkişaf etdirilməsində qərarlıdır.

"Üstəlik, Rusiyanın altıtərəfli platformanın – RF, Azərbaycan, Ermənistan, Türkiyə, İran və Gürcüstan – qurulmasına müsbət yanaşdığı da məlumdur", – deyə ekspert vurğulayıb.

Hərbi-texniki əməkdaşlıq

Şuşada imzalanan bəyannamənin Azərbaycan, Türkiyə və Rusiyanın hərbi-texniki sahədəki əməkdaşlığına təsiri məsələsinə də toxunan politoloq qeyd edib ki, sözügedən sənəd ilk növbədə Bakı ilə Ankara arasında münasibətləri stimullaşdırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bəyannamə Bakının Türkiyədən daha çox silah, həm də müharibə dövründə özünü çox yaxşı göstərə bilmiş hərbi-sənaye kompleksi texnologiyalarını almasına səbəb olacaq.

"Bəlkə də, bu Azərbaycanın Rusiyadan silah tədarükünü bir qədər azaldacaq, ancaq belə hesab edirəm ki, hər bir halda Rusiya silahları Azərbaycan Silahlı Qüvvələrinin strukturunda əsas olaraq qalacaq", – deyə Markov söhbətə yekun vurub.

Şuşa Bəyannaməsi

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imza atıblar. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Bəyannamədə qeyd olunur ki, tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər.

Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.

Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.

Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Xəbər lenti
0