SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

S-400-lə bağlı mövqeyimiz dəyişməzdir – Ərdoğan Baydenə nələri deyib

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçidS-400, arxiv şəkli
S-400, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Türkiyə prezidenti deyib ki, bundan sonrakı dönəmdə xarici işlər naziri, müdafiə naziri və müdafiə sənayesi naziri həmkarları ilə görüşməklə bu prosesi davam etdirəcəklər.

BAKI, 17 iyun — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenin diqqətinə çatdırıb ki, F-35, S-400 məsələlərində Ankaranın mövqeyi dəyişməzdir. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə olaraq istər F-35, istərsə S-400 məsələsində fərqli bir addım atmağımızı gözləməyin, dedim. Çünki biz F-35 məsələsində üzərimizə düşəni elədik və pul anlamında verməli olduqlarımızı verdik. S-400-lə bağlı olaraq da sizdən "Patriot"-ları istədik, siz vermədiniz. Tam əksinə, bazalarımızda olanları da aldınız. Biz nə edəcəkdik? Başımızın çarəsinə baxacaqdıq.

Yaxın vaxtlarda işləri izləməyimiz lazımdır. Biz bütün haqlarımızı müdafiə edəcəyik. Müdafiə sənayesi ilə bağlı bütün məsələləri, müştərək ata biləcəyimiz addımları danışmağa davam edəcəyik. Bundan sonrakı dönəmdə xarici işlər naziri, müdafiə naziri və müdafiə sənayesi naziri həmkarları ilə görüşməklə bu prosesi davam etdirəcəklər", - deyə Ərdoğan bildirib.

Vaşinqton hələ də Türkiyəyə xəbərdarlıq edir

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib ki, rəsmi Vaşinqton Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasının neqativ nəticələri barədə Türkiyəyə xəbərdarlıq etməyə davam edir.

"Rusiyanın S-400-ləri NATO avadanlıqları ilə uyğunsuzdur, NATO-nun texnologiyalarının təhlükəsizliyinə təhdiddir. Onlar NATO üzvü kimi Türkiyənin götürdüyü öhdəliklərə uyğun deyil. Biz Türkiyəni bu sistemi qəbul etməməyə dair xəbərdar etmişdik və etməyə də davam edirik", - deyə Prays qeyd edib.

O bildirib ki, Türkiyə NATO-nun əhəmiyyətli üzvüdür, ona görə bu ölkənin S-400-ü təsdiqləməsinin alyans çərçivəsində götürdüyü öhdəliklərə uyğun olmadığını özü anlamalıdır.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Türkiyənin F-35 qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmi şəkildə məlumatlandırıb. Məlumatda bildirilir ki, ABŞ 2007-ci ilin yanvarında imzalanmış F-35-lərin istehsalı üzrə birgə memorandumu ləğv edib.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd F-35 tipli qırıcı almaq öhdəliyi götürmüşdü. Türkiyə, həmçinin F-35-lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

Putin Türkiyə ilə strateji əməkdaşlıq barədə

"Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı. Belə etibarlı tərəfdaşla işləmək xoşdur".

Bu sözləri Rusiya prezidenti Putin ötən ilin oktyabrında Valday klubunda onlayn çıxışı zamanı deyib.

"Ərdoğan dedi, biz bunu reallaşdıracağıq, biz də elədik. Digər sahələrdə əməkdaşlıq edirik. Mən bilirəm ki, Ərdoğan müstəqil xarici siyasət yürüdür. Bütün təzyiqlərə baxmayaraq, biz onunla çox qısa zamanda "Türk axını" layihəsini reallaşdırdıq. Amma Avropa ilə indiyə qədər bunu edə bilmirik, illərdir mövzu çeynənir. Avropa elementar müstəqillik və suveren iradə göstərib ona xeyir gətirəcək "Şimal axını-2" layihəsini reallaşdıra bilmir. Biz öz milli maraqlarımızı başa düşərək Türkiyə ilə bunu tez bir vaxtda elədik", - deyə Putin vurğulayıb.

Xəbər lenti
0