"Düşmənçilik yox idi, ancaq görüş prinsipial məcrada keçdi. Bir çox məqamlarda bizim rəyimiz fərqlənir, ancaq mənim fikrimcə, hər iki tərəf bir-birini anlamaq və mövqelərin yaxınlaşdırılması istəyi nümayiş etdirdi. Danışıqlar konstruktiv oldu", - media önünə çıxan Rusiya lideri Vladimir Putin amerikalı həmkarı ilə görüşü dəyərləndirib.
O, görüş zamanı Ukraynadakı vəziyyəti, kiberhücumları, strateji sabitliyi və nüvə silahları barədə durumu müzakirə etdiklərini deyib.
Əsas məqamlardan biri də o olub ki, ABŞ və Rusiya səfirləri öz işlərinə dönəcəklər.
Vladimir Putin eləcə də jurnalistlərin Aleksey Navalnı və Co Baydenin onun haqqında işlətdiyi ifadələr barədə suallarını da cavablandırıb.