İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan Şuşada tarixi bəyannaməyə imza atılıb. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Millət vəkili Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, bu Bəyannamənin imzalanması çox əhəmiyyətlidir: “Burada bir çox önəmli sahələrlə bağlı məqamlar yer alıb. Əsas məsələ odur ki, iki dövlətin də təhlükəsizliyinə hər hansı təhdid olacaqsa, onlar bir-birinin yanında olacaq. Bu, bəyannamənin ən mühim məqamlarından biridir. Zəngəzur dəhlizi və ordu quruculuğu ilə bağlı ortaq mövqeyin ifadə edilməsi həm regional, həm də beynəlxalq təhlükəsizliyin təmin edilməsi baxımından vacibdir”.
Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz