CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacıyev: "Azərbaycan NATO-Rusiya siyasi dialoquna töhfə verməyə davam edəcək"

© Photo : APAПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan, 1920, 16.06.2021
Abunə olmaq
Hikmət Hacıyev bildirib ki, Azərbaycanın əsas məqsədi beynəlxalq münasibətlərdə əməkdaşlıq, dialoqdur.

BAKI, 16 iyun — Sputnik. "Azərbaycan NATO və Rusiya arasında siyasi dialoqa töhfə verib, Bakıda yüksək səviyyəli görüşlər keçirilib. Biz bu istiqamətdə öz töhfəmizi verməyə davam edəcəyik".

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi "Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi" adlı beynəlxalq konfransa videoformatda qatılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın əsas məqsədi beynəlxalq münasibətlərdə əməkdaşlıq, dialoqdur: "COVID-dən sonra bütün beynəlxalq ictimaiyyət fikirləşməlidir ki, beynəlxalq təhlükəsizliyi, dialoqu necə irəli apara bilər. Azərbaycanın NATO ilə əməkdaşlığı, Rusiya ilə yaxşı münasibətləri var".

H.Hacıyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bu istiqamətdə də öz töhfəsini verir: "Latviyaya da təşəkkür edirik. Azərbaycanın NATO və Avropa İttifaqı ilə münasibətlərinə hər zaman töhfə verib".

Eləcə də oxuyun:

  • Brüsseldə Aİ-ABŞ sammiti başlayır – gündəm

  •  

    Putin ABŞ-la münasibətlər, NATO, Suriya böhranı və digər məsələlər barədə

Xəbər lenti
0