Rusiya və ABŞ liderləri Vladimir Putinlə Co Baydenin danışıqları iyunun 16-da İsveçrədəki La Qranj villasında keçiriləcək. İki ölkə lideri Bayden ABŞ prezidenti olduqdan sonra ilk dəfə görüşəcəklər.
La Qranj villası
La Qranj villası XVIII əsrdə tikilib və Cenerə gölünün sahilindəki ən böyük şəhər parkının ortasında yerləşir.
1864-cü ildə villada Cenevrə konvensiyasının bağlanması münasibətilə mərasim keçirilib.
1917-ci ildən villa şəhərə məxsusdur - orada kitabxana var, turistlər üçün ekskursiya keçirilir.
1969-cu ildə villanın parkında Papa VI Pavel ibadət keçirib.
İyunun 8-dən 18-dək villa ziyarətçilər üçün bağlıdır.
InterContinental oteli
Sammitin La Qranj villasında keçiriləcəyi barədə rəsmi məlumatadək görüşün InterContinental otelində keçirilə biləcəyi güman edilirdi. Bu seçim otelin beynəlxalq təşkilatların ofislərinə yaxın yerləşməsi və burada artıq belə tədbirlərin keçirilməsi ilə şərtləndirilirdi.
2021-ci ildə ABŞ nümayəndə heyəti InterContinental-ı Rusiya-ABŞ sammiti günlərində iqamətgah kimi seçib.
Sputnik Azərbaycan bu Cenevrə otelində hansı görüşlərin keçirildiyini xatırladıb.