BAKI, 16 iyun - Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 16-da başa çatıb.
Sputnik Azərbaycan-ın AZƏRTAC-a istinadən məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.
Ərdoğanın Azərbaycana səfəri
Türkiyə liderinin ölkəmizə səfəri iki gün davam etdi. İyunun 15-də Azərbaycana gələn Rəcəb Tayyib Ərdoğan öncə Füzuliyə, sonra Şuşaya yollanaraq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Azərbaycanın tarixi və mədəniyyət paytaxtında Şuşa Bəyannaməsini imzalayan liderlər iyunun 16-da Bakıda AVRO-2020 çərçivəsində Uels-Türkiyə matçını izləyiblər.
Eləcə də oxuyun:
-
Ərdoğan Ağdamdakı Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə görüşüb
-
Ərdoğan Bakıda futbol azarkeşləri ilə görüşdü
-
Ərdoğan: "Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz"