İtan Ampadu: Bakıdakı yarıboş tribunalar bizi təəccübləndirmədi

© Sputnik / Murad OrujovБолельщики на трибунах Бакинского олимпийского стадиона во время матча между сборными Швейцарии и Уэльса
Болельщики на трибунах Бакинского олимпийского стадиона во время матча между сборными Швейцарии и Уэльса - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Uelsli müdafiəçi deyib ki, Uels yığmasının futbolçuları artıq pandemiya şəraitində boş tribunalar önündə oynamağa öyrəşiblər.

BAKI, 14 iyun — Sputnik. Ötən şənbə günü Uels yığması İsveçrə komandası ilə Avropa çempionatının qrup mərhələsindəki qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1. Çərşənbə günü isə komanda Türkiyə millisi ilə üz-zə gələcək.

Bakı Olimpiya stadionunda keçirilən İsveçrə-Uels oyununda 9 mindən az tamaşaçı iştirak edib. Koronavirus məhdudiyyətləri ilə əlaqədar olaraq AVRO-2020 oyunları 11 şəhərdə keçirilir.

"Biz artıq kifayət qədər uzun müddətdir ki, boş tribunalar şəraitində oynayırıq. Odur ki, bizim üçün qeyri-adi heç nə yox idi. Oyunun bu cür atmosferdə keçəcəyini gözləyirdik. AVRO-2020-nin keçirildiyi şəhərlərin hər birində hazırda tamaşaçıların sayı ilə bağlı məhdudiyyətlər var", - deyə Ampadu jurnalistlərə bildirib.

"İsveçrə komandası ilə oyunda mən öz işimi görməyə çalışırdım. Bu, mənim üçün əla təcrübə idi və ümidvaram ki, gələcəkdə meydana tez-tez çıxa və komandama fayda verə biləcəyəm", - deyə Uels yığmasının müdafiəçisi bildirib.

Xəbər lenti
0