AQTA qırx dörd ölkəyə məhdudiyyət tətbiq edib - SİYAHI

© Sputnik / Ivan Rudnev / Mediabanka keçidВакцинация домашней птицы
Вакцинация домашней птицы - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Heyvan xəstəliklərindən qorunmaq məqsədilə diri quş və quşçuluq məhsullarının idxalına OİE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

BAKI, 14 iyun — Sputnik. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) "Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sistemi (WAHIS)" vasitəsi ilə verilmiş məlumatlara əsasən, ötən ilin yanvar ayından başlayaraq vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogenli quş qripi xəstəliyi artmaqda davam edib, 2020-ci ilin oktyabr ayının ortalarından etibarən yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda dünyanın 54 ölkəsində xəstəlik davam edir.

Ev quşları arasında xəstəlik alovlanmalarının qeydə alındığı, respublikamızla idxal əlaqəsi olan 44 ölkədən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Agentlik tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OİE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Qalan digər 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün OİE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nin 10.4.1-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq, məhdudiyyət tədbirləri tətbiq edilməyib.

Dünya ölkələri üzrə məlumat aşağıdakı cədvəldə təqdim olunur:

© The Food Safety Agency of the Republic of AzerbaijanDünya ölkələri üzrə məlumat cədvəli
AQTA qırx dörd ölkəyə məhdudiyyət tətbiq edib - SİYAHI - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Dünya ölkələri üzrə məlumat cədvəli

2020-ci və 2021-ci illərin ötən dövrü ərzində quş qripi xəstəliyi qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin siyahısı: 

© The Food Safety Agency of the Republic of Azerbaijan2020-ci və 2021-ci illərin ötən dövrü ərzində quş qripi xəstəliyi qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin siyahısı
AQTA qırx dörd ölkəyə məhdudiyyət tətbiq edib - SİYAHI - Sputnik Azərbaycan, 1920, 14.06.2021
2020-ci və 2021-ci illərin ötən dövrü ərzində quş qripi xəstəliyi qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin siyahısı
Xəbər lenti
0