CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı

© Sputnik / Murad OrujovВакцинация сотрудников отельной индустрии в Азербайджане
Вакцинация сотрудников отельной индустрии в Азербайджане - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsinə müvafiq dəyişiklik edilib.

BAKI, 12 iyun - Sputnik. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində bədən tərbiyəsi və idmanın təbliğinin forma və metodlarını müəyyən etmək, habelə kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsində, fiziki inkişafında və sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifələri sırasına daxil edilib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsinə müvafiq dəyişiklik edilib.

Bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirmək, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak etmək də Agentliyin vəzifələri sırasına əlavə olunub. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində tabeliyindəki tibb müəssisələrinə həvalə edilən məsələləri həll etməlidir.

Xəbər lenti
0