CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nənənin sandığından çıxan Fashion Show - FOTO

© Photo : Azerbaijan National Carpet Museum“Nənəmin sandığından yaranmış Fashion Show”
“Nənəmin sandığından yaranmış Fashion Show” - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Martın 1-dən iyunun 1-dək davam edən proqrama 10-18 yaş arası uşaqlar qatılıblar. 3 ay müddətində muzeyin Uşaq şöbəsinin mütəxəssisləri tərəfindən uşaqlara milli geyimlərimiz, onların tarixi, tikmə sənəti və s. haqda nəzəri və praktik dərslər keçilib.

BAKI, 12 iyun — Sputnik. Azərbaycan Milli Xalça Muzeyi bütün yaş qruplarına aid uşaqlar üçün daim yeni layihələr, proqramlar həyata keçirir, maraqlı tədbirlər, festivallar təşkil edir. Sputnik Azərbaycan xəbər verir ki, bunun üçün muzeyin Uşaq şöbəsi təhsil müəssisələri, müxtəlif uşaq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurur. Nəticədə uşaqlar muzeyin ekspozisiyası ilə tanış olur, dekorativ-tətbiqi sənət üzrə bir günlük və ya aylıq ustad dərslərə qatılır, xalça toxumağı, tikmə sənətini, rəsm çəkməyi, dekorativ oyuncaqlar düzəltməyi öyrənir, kukla tamaşaları izləyir, nağıllar dinləyirlər. Bütün bunlar uşaqlarda estetik zövq aşılayır, xalqımızın milli dəyərləri, çoxəsrlik ənənələri, həyat tərzi ilə bağlı təsəvvür yaradır, onların muzeylərə marağını artırır, mənəvi inkişafına müsbət təsir edir.

© Photo : Azerbaijan National Carpet Museum
 Nənəmin sandığından yaranmış Fashion Show layihəsinin iştirakçısı - Sputnik Azərbaycan
1/6
"Nənəmin sandığından yaranmış Fashion Show" layihəsinin iştirakçısı

2/6

3/6

 Nənəmin sandığından yaranmış Fashion Show layihəsinin iştirakçıları - Sputnik Azərbaycan
4/6
"Nənəmin sandığından yaranmış Fashion Show" layihəsinin iştirakçıları
© Photo : Azerbaijan National Carpet Museum
 Nənəmin sandığından yaranmış Fashion Show layihəsinin iştirakçısı - Sputnik Azərbaycan
5/6
"Nənəmin sandığından yaranmış Fashion Show" layihəsinin iştirakçısı
© Photo : Azerbaijan National Carpet Museum
 Nənəmin sandığından yaranmış Fashion Show layihəsinin iştirakçısı - Sputnik Azərbaycan
6/6
"Nənəmin sandığından yaranmış Fashion Show" layihəsinin iştirakçısı
1/6
"Nənəmin sandığından yaranmış Fashion Show" layihəsinin iştirakçısı
2/6
"Nənəmin sandığından yaranmış Fashion Show" layihəsinin iştirakçısı
3/6
"Nənəmin sandığından yaranmış Fashion Show" layihəsinin iştirakçısı
4/6
"Nənəmin sandığından yaranmış Fashion Show" layihəsinin iştirakçıları
5/6
"Nənəmin sandığından yaranmış Fashion Show" layihəsinin iştirakçısı
6/6
"Nənəmin sandığından yaranmış Fashion Show" layihəsinin iştirakçısı

Milli geyimlərimizin tikilməsi və təbliği məqsədilə həyata keçirilən, "Nənəmin sandığından yaranmış Fashion Show" təhsil proqramı da Azərbaycan Milli Xalça Muzeyinin belə maraqlı, önəmli layihələrindən biridir.

Qeyd edək ki, martın 1-dən iyunun 1-dək davam edən proqrama 10-18 yaş arası uşaqlar qatılıblar. 3 ay müddətində muzeyin Uşaq şöbəsinin mütəxəssisləri tərəfindən uşaqlara milli geyimlərimiz, onların tarixi, tikmə sənəti və onun növləri, eskizlərin işlənməsi, parçalardan istifadə qaydaları, məmulatın tikilmə üslubu haqqında nəzəri və praktik dərslər keçilib.

İyunun 11-də Azərbaycan Milli Xalça Muzeyində bu təhsil proqramını uğurla başa çatdıran 9 uşağa sertifikatlar təqdim olunub, onların əl işlərindən – 14 geyim nümunəsindən ibarət moda nümayişi keçirilib.

Xəbər lenti
0