BAKI, 10 iyun - Sputnik. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Bakı və Azərbaycan Yeparxiyasının İnformasiya şöbəsindən məlumat verilib.
A.İşein 13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. Moskva Teoloji Akademiyası məzunu olub. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 14 yanvar 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Onun dövründə 24 iyundan bəri Müqəddəs Varfolomeyin anım günü olaraq Bakı yeparxiyasında qeyd olunmağa başlanıb. 18 iyul 2012-ci ildən bəri dərəcəsi arxiyepiskop olub.
27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü idi.