CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət agentliyi Bakıda söküntü aparır və bu, son deyil - FOTO

© Photo : The State Agency for Advertisement of The Republic of Azerbaijan Sahibkarlar arasında reklamı qadağan olunmuş əmtəələrlə bağlı maarifləndirmə işləri
Sahibkarlar arasında reklamı qadağan olunmuş əmtəələrlə bağlı maarifləndirmə işləri  - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları və alışqanlar "Reklamı qadağan olunan əmtəələrin siyahısı"na daxil edilib.

BAKI, 9 iyun — Sputnik. 2021-ci ilin birinci rübündə təkcə Bakı şəhərində açıq məkanda yayımlanan tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlarla bağlı 58 reklam sökülüb.

Azərbaycanın Dövlət Reklam Agentliyi (ADRA) fəaliyyətə başladığı dövrdən indiyədək bu sahəyə aid qanunvericilik aktlarının tələblərinə əməl olunması məqsədilə paytaxt üzrə 1067 reklamın yayımının qarşısı alınıb.

ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət agentliyi səlahiyyətləri çərçivəsində mütəmadi olaraq aidiyyəti məsələ ilə əlaqədar tədbirlər görsə də bəzi sahibkarlıq subyektləri tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına rast gəlinir ki, bununla əlaqədar, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə icraat başlanılaraq, məlumatlar baxılması üçün səlahiyyətli məhkəmələrə göndərilir. Bunları nəzərə alaraq, agentliyin əməkdaşları reklamı qadağan olunmuş əmtəələrlə bağlı sahibkarlar arasında maarifləndirmə işlərini daha da gücləndiriblər.

© Photo : The State Agency for Advertisement of The Republic of Azerbaijan Sahibkarlar arasında reklamı qadağan olunmuş əmtəələrlə bağlı maarifləndirmə işləri
Dövlət agentliyi Bakıda söküntü aparır və bu, son deyil  - FOTO - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Sahibkarlar arasında reklamı qadağan olunmuş əmtəələrlə bağlı maarifləndirmə işləri

"Reklam haqqında" qanunun 28-ci maddəsinə əsasən, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızların, alışqanların reklamı qadağandır. Həmçinin tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları və alışqanlar Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli qərarı ilə təsdiq olunmuş "Reklamı qadağan olunan əmtəələrin siyahısı"na daxil edilib.

© Photo : The State Agency for Advertisement of The Republic of Azerbaijan Sahibkarlar arasında reklamı qadağan olunmuş əmtəələrlə bağlı maarifləndirmə işləri
Dövlət agentliyi Bakıda söküntü aparır və bu, son deyil  - FOTO - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Sahibkarlar arasında reklamı qadağan olunmuş əmtəələrlə bağlı maarifləndirmə işləri

Bununla yanaşı, reklam istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədilə yayımlanan məlumatdır. Qanunvericiliyin tələbinə əsasən, əmtəənin özü reklam hesab edilmir.

Eyni zamanda, obyektlərin daxilində, kassa ətrafında yerləşdirilən və ya vətəndaşlara obyektlərin içində səyyar qaydada təqdim olunan əmtəələrin reklamlarının qanunauyğunluğuna nəzarət etmək Dövlət Reklam Agentliyinin səlahiyyətində deyil.

© Photo : The State Agency for Advertisement of The Republic of Azerbaijan Sahibkarlar arasında reklamı qadağan olunmuş əmtəələrlə bağlı maarifləndirmə işləri
Dövlət agentliyi Bakıda söküntü aparır və bu, son deyil  - FOTO - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Sahibkarlar arasında reklamı qadağan olunmuş əmtəələrlə bağlı maarifləndirmə işləri

Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri çərçivəsində qanunvericiliyə əsasən, monitorinqlərin aparılması və nəzarət mexanizmlərinin gücləndirilməsi davam etdiriləcək.

Vətəndaşlardan xahiş olunur ki, açıq məkanda qanunvericiliyin tələblərinə cavab verməyən reklamlara rast gəldikdə, onların şəklini çəkib #ADRAgovaz həştəqi ilə paylaşsınlar və ya agentliyə məlumat versinlər.

Çağrı Mərkəzi: 1412 Whatsapp: (077) 6771412.

Eləcə də oxuyun:

Xəbər lenti
0