Xalq artisti növbəti ağır əməliyyatını keçirib

© Photo : Social media page of Agadadash AgayevAğadadaş Ağayev
Ağadadaş Ağayev - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Hacı Nuranın sözlərinə görə, Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat düz 2 saat çəkib.

BAKI, 9 iyun — Sputnik. Xalq artisti Ağadadaş Ağayev ötən gün üçüncü dəfə əməliyyat olunub.

Sputnik Azərbaycan xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənninin əməliyyatı 2 saat çəkib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov özünün "Instagram" hesabında xəbər verib. O, Ağayevin yaxşı olduğunu bildirib:

Посмотреть эту публикацию в Instagram

Публикация от Haci Nuran official (@hacinuran)

"Qardaşım, dostum Ağadadaş Ağayev əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat düz 2 saat çəkib. Əslində, bu 2 saat sözdə elə də böyük müddət deyil. Amma belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdur. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən. Eynən Ağadadaş Ağayevin əməliyyatdan çıxmasını gözləyən əzizləri, doğmaları, yaxınları, dostları üçün də o 2 saat eləcə uzun çəkdi. Amma çox şükür ki, Tanrı dualarımızı eşitdi. Elin sənətkarı üçüncü əməliyyatdan salamat çıxıb. Hazırda səhhəti də qənaətbəxşdir. Tanrı bütün sevdiklərimizi qorusun, Amin!"

Qeyd edək ki, məşhur müğənni onkoloji xəstəlikdən əziyyət çəkir. Xalq artisti bundan öncə, aprel və may aylarında Türkiyədə əməliyyat olunmuşdu.

Xəbər lenti
0