Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Türkiyə Qarabağla bağlı anlaşdı

© Sputnik / Murad OrujovAğdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Rusiya və Türkiyə Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı işlərin davam etdirilməsi barədə razılığa gəlib.

BAKI, 9 iyun - Sputnik. Moskvada Rusiya və Türkiyə Xarici İşlər Nazirlikləri (XİN) arasında məsləhətləşmələr keçirilib.

Sputnik Azərbaycan Rusiya XİN-ə istinadla xəbər verir ki, məsləhətləşmələrdə Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya tərəfindən isə XİN başçısının müavinləri Sergey Verşinin, Aleksandr Qruşko və Andrey Rudenko iştirak ediblər.

Məsləhətləşmələr zamanı Suriya, Dağlıq Qarabağ, Fələstin-İsrail və digər regional böhranların həllində kompleks beynəlxalq yardım məsələləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və beynəlxalq hüquq normaları əsasında böhranların nizamlanmasının siyasi aspektləri nəzərdən keçirilib.

Münaqişə zonalarındakı gərginlik ocaqlarının aradan qaldırılmasına, atəşkəs rejimlərinin dayanıqlılığının dəstəklənməsi, habelə çoxtərəfli platformalarda səylərin koordinasiyası yolu ilə humanitar yardımın möhkəmləndirilməsi və qaçqınların qaytarılmasına yönəlmiş əlavə tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Cənubi Qafqaz, Ukrayna və Orta Asiyadakı mövcud vəziyyətin müzakirəsi kontekstində bu regionlarda sülhün və sabitliyin möhkəmləndirilməsi mənafeyi naminə səylərin bundan sonra koordinasiyası üçün qarşılıqlı əhval-ruhiyyədə olduqları ifadə olunub.

Dağlıq Qarabağ Münaqişə Zonasında Atəşkəs və Bütün Hərbi Əməliyyatlara Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə yüksək qiymət verilib.

Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işlərin davam etdirilməsi barədə razılığa gəlinib.

Regionun bərpası

Artıq məlumdur ki, hazırda Azərbaycan və Türkiyə ölkə başçıları səviyyəsində Qarabağda bərpa və restavrasiya işlərini planlaşdırmağa dair diskussiyalar aparır. İnfrastruktur və rekonstruksiya işləri ilə yanaşı, mədəni və tarixi abidlərin, həmçinin arxeoloji abidələrin də bərpası nəzərdə tutulub.

Öz növbəsində Rusiya XİN rəhbəri Sergey Lavrov "Primakov qiraətləri"ndə Türkiyənin regionda kommunikasiyaların bərpası prosesində iştirakına dair sualı cavablandırıb. O bildirib ki, münaqişə iştirakçıları və qonşu ölkələrin paytaxtlarından səslənən bəyanatlar emosiyalarla bağlıdır: "Biz situasiyaya cəlb olunanları sakitliyə nail olmağa və ərazidə olanların normal həyatına qayıtmasına yardım etməyə çağırırıq".

Lavrov bildirib ki, Rusiya sülhməramlı və FHN-in səyləri ilə aktiv şəkildə işləyir. Nazir, həmçinin əlavə edib ki, regiona kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyəti həm də buna həsr olunub: "Üçtərəfli işçi qrupun işinin effektivliyi insanların həyatını yaxşılaşdırmağa nə dərəcədə kömək edəcəyi ilə müəyyənləşdiriləcəkdir. Bu üçtərəfli diskussiyalarda həm Türkiyənin, həm də İranın da maraqları birmənalı şəkildə nəzərə alınır, əks halda bu cür kommunikasiyaların açılması maksimum effektiv olmayacaq".

Lavrov, həmçinin qeyd edib ki, Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya – Türkiyə monitorinq mərkəzinin fəaliyyəti faydalı və sabitləşdirici faktordur.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi

Qeyd edək ki, bu il yanvarın 30-da Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Xatırladaq ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalamışdılar.

Həmçinin oxuyun: 

* Putinlə Ərdoğan Ağdamdakı mərkəzi müzakirə etdilər

* Ərdoğan Şuşaya gəlir - VİDEO

Xəbər lenti
0