BAKI, 5 may - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan bu gün telefonla danışıblar.
Sputnik Azərbaycan bildirir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
Bildirilir ki, ölkə başçıları Qarabağdakı vəziyyəti, eləcə də Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də müzakirə ediblər.
"Qarabağ tənzimlənməsi məsələləri həmçinin münaqişə bölgəsində bütün hərbi fəaliyyətlərin dayandırılması və atəşkəsə nəzarət üzrə birdə Rusiya-Türkiyə Mərkəzinin işi kontekstində də müzakirə olundu, - məlumatda deyilir.
Qeyd olunur ki, Putinlə Ərdoğan bundan başqa, koronavirusla mübarizə məsələləri, Suriya və Liviyadakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar.