Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Möhtəşəm başlanğıc: fitnes-klublar açılışa hazırlaşır

Abunə olmaq
Azərbaycanda idman zalları iyunun 10-dan açılacaq. Fitnes-klubların rəsmi açılışa necə hazırlaşdığı barədə - Sputnik Azərbaycan-ın videosunda.

 

Azərbaycanda xüsusi karantin rejimi 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb. Eyni zamanda, respublikada bəzi karantin qaydaları yumşaldılıb. Xüsusilə, Bakı Metropoliteni 31 may tarixindən fəaliyyətini davam etdirməyə başlayıb, açıq havada tibbi maskalardan məcburi istifadə olunması tələbi ləğv edilib, şəhərlər və bölgələr arasında sərnişindaşıma bərpa edilib. 10 iyundan etibarən isə məscidlər, böyük ticarət mərkəzləri və çimərliklər ziyarət üçün açılacaq. Dəyişikliklərdən birinə görə, sabahdan idman zallarını ziyarət etməyə icazə veriləcək. Ancaq bu vəziyyətdə COVID-19 pasportları əldə etmək lazım olacaq. Sputnik Azərbaycan paytaxtın fitnes-klublarından birində məşqlərin necə getdiyini müşahidə edib. Burada bütün otaqların və idman ləvazimatlarının ümumi təmizlənməsi və dezinfeksiyası dezinfeksiyaedici vasitələrdən istifadə edilərək həyata keçirilib.

Pauerliftinq üzrə Avropa çempionu, "VITR Fitness" fitnes mərkəzinin sahibi Vüqar Namazov mərkəzlərindəki dezinfeksiyanın pandemiya başlamazdan əvvəl də davamlı olaraq həyata keçirildiyini bildirib. "Əlbəttə ki, ziyarətçilərin sayı azalacaq, çünki hamı peyvənd olunmayıb. Lakin zalların işə başlayacağı və gündə ən azı on nəfər qəbul edəcəyimiz onsuz da yaxşı xəbərdir".

Ən əsası odur ki, Azərbaycan bir növ normal həyata qayıdır.

 

Xəbər lenti
0