Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlanıb

© AFP 2024 / INA FASSBENDERНаборы для экспресс-тестов от коронавируса, фото из архива
Наборы для экспресс-тестов от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.06.2021
Abunə olmaq
Qeyd edək ki, Azərbaycanda mayın 17-dən Bakı, Sumqayıt, Abşeron və Gəncədə əyani tədris həftədə iki və üç dəfə olmaqla bərpa edilib.

BAKI, 8 iyun — Sputnik. Mayın 17-dən 5 iyun tarixinədək Sumqayıt şəhərində 14 şagirdin, Gəncə şəhərində 1 şagirdin və Abşeron rayonunda 2 şagirdin hərarəti olub. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən bildirilib. Həmin dövr ərzində hərarəti yüksək olan işçi heyəti qeydə alınmayıb. Mayın 17-dən bu günə kimi Sumqayıt şəhərində 19 şagird və 9 işçi heyətinin, Şəki şəhərində 1 şagird və 1 işçi heyətinin, Gəncə şəhərində 11 şagird və 1 işçi heyətinin, Abşeron rayonunda isə 10 şagird və 8 işçi heyətinin COVİD-19 analizinin nəticəsi müsbət çıxıb. Həmin müddət ərzində qeyd olunan ərazilərdə distant təhsilə keçirilən məktəb olmayıb.

Qeyd edək ki, Azərbaycanda mayın 17-dən Bakı, Sumqayıt, Abşeron və Gəncədə əyani tədris həftədə iki və üç dəfə olmaqla bərpa edilib.

Xatırladaq ki, koronavirus infeksiyası 2019 ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 170,3 milyonu keçib, 3,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0