Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib

© AR Ministry of DefenceНа встрече командующего ВМС Пакистана адмирала Мухаммада Амджад Хана Ниязи и командующего ВМС Азербайджана контр-адмирала Субхана Бекирова
На встрече командующего ВМС Пакистана адмирала Мухаммада Амджад Хана Ниязи и командующего ВМС Азербайджана контр-адмирала Субхана Бекирова - Sputnik Azərbaycan, 1920, 08.06.2021
Abunə olmaq
Görüşdə, Pakistan HDQ-nin strukturu, əməliyyat imkanları, regional və daxili təhlükəsizlik mühiti, eləcə də qarşıda duran tapşırıqlar barədə brifinq təqdim olunub.

BAKI, 8 iyun — Sputnik. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdədir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Pakistan HDQ komandanı admiral Məhəmməd Amcad Xan Niyazi ilə Azərbaycan HDQ komandanı kontr-admiral Sübhan Bəkirov arasında keçirilən görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

© AR Ministry of DefencePakistan HDQ komandanı admiral Məhəmməd Amcad Xan Niyazi ilə Azərbaycan HDQ komandanı kontr-admiral Sübhan Bəkirov arasında keçirilən görüş
Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib - Sputnik Azərbaycan, 1920, 08.06.2021
Pakistan HDQ komandanı admiral Məhəmməd Amcad Xan Niyazi ilə Azərbaycan HDQ komandanı kontr-admiral Sübhan Bəkirov arasında keçirilən görüş

Admiral Məhəmməd Amcad Xan Niyazi Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Geniş tərkibdə davam edən görüşdə, Pakistan HDQ-nin strukturu, əməliyyat imkanları, regional və daxili təhlükəsizlik mühiti, eləcə də qarşıda duran tapşırıqlar barədə brifinq təqdim olunub, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0