CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin qərbini leysan yuyur: İki ay əvvəl evlənən gənc selin qurbanı oldu - VİDEO - FOTO

© Sputnik / Ibrahim HashimovŞəkidə hadisə yerində
Şəkidə hadisə yerində - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Abunə olmaq
Şəkidə yağan leysan yağış bir insanın həyatına son qoyub. Rayonda 13 yaşayış məntəqəsində 100-ə yaxın fərdi təsərrüfatları, həyətləri və kommersiya obyektlərini lil basıb. Hadisə yerindən Sputnik Azərbaycan-ın müxbiri İbrahim Həşimov xəbər verir.

BAKI, 7 iyun — Sputnik. Şəkidə ötən gün axşam saatlarında yağan leysan və dolu çaylarda qısamüddətli sel yaradıb. Sputnik Azərbaycan-ın məlumatına görə, güclü sel bir nəfərin ölümü ilə nəticələnib. Kiş kənd sakini, 25 yaşlı Əhmədov Şamil Azər oğlu yaylaqdan qayıdarkən Qurcana çayında atla selə düşüb. Yaxınları bir neçə saat sonra onun meyitini tapıblar. Mərhumun qohumu Cumay Babayev Sputnik Azərbaycan-a bildirib ki, mərhum onun nəvəsi ilə evlənibmiş. Toy da 2 ay əvvəl olub.

© Sputnik / Ibrahim HashimovVəfat edən şəxs
Ölkənin qərbini leysan yuyur: İki ay əvvəl evlənən gənc selin qurbanı oldu - VİDEO - FOTO - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Vəfat edən şəxs
“Şamil atı otlamaq üçün yaylağa buraxıb. Axşam saatlarında isə atı gətirməyə gedib. Yanında yoldaşı da olub. Çaydan keçəndə sel gəlib. Xilas olmaq üçün atdan tullanıb. Amma sel suları onu aparıb, xilas edə bilməyiblər. Su Şamili 500 metrə yaxın aparıb. Yanındakı yoldaş gəlib bizə xəbər verdi. Biz də kənd camaatı ilə getdik, Şamilin meyitini tapdıq”, – deyə C. Babayev əlavə edib.

Qeyd edək ki, yağıntı Kiş, Şabalıd, Göynük, Şin, Laysqı və Cumakənd ərazilərinə daha çox ziyan vurub. Ümumilikdə 13 yaşayış məntəqəsində 100-ə yaxın fərdi təsərrüfatları, həyətləri və kommersiya obyektlərini lil basıb.

Rayonun Baş memarı Taleh Alxasov Sputnik Azərbaycan-a bildirib ki, 16 yaşayış məntəqəsinin ümumi uzunluğu 37,2 km olan yolları dağılıb, bəzi yollarda 3 metrə yaxın yarğanlar yaranıb, 5 keçid körpüsü yararsız vəziyyətə düşüb.

“Çaylardakı keçidləri tutub. Ona görə də su kəndlərə düşüb. Son illərdə bu cür leysan olmayıb, belə dolu yağmayıb. 13 yaşayış məntəqəsində qaz, işıq, su yoxdur. Hazırda iş gedir. Düşünürəm ki, axşama kimi bərpa ediləcək. Bir neçə kənddə barama qurdu tələf olub, tütünçülük təsərrüfatları suyun altında qalaraq məhv olub. Vəziyyətlə bağlı Nazirlər Kabinetinə də teleqram vurmuşuq”, – T. Alxasov qeyd edib.

Ən acınacaqlı vəziyyət Baş Göynük-Baş Şabalıd yolunda və Kiş kəndi ərazisində müşahidə olunub. Kiş kənd İcra nümayəndəsinin müavini Maqsud Həbibullayevin sözlərinə görə, kəndin əsas yolu tam dağılıb və hərəkət mümkünsüz olub.

© Sputnik / Ibrahim HashimovŞəkidə hadisə yerində
Ölkənin qərbini leysan yuyur: İki ay əvvəl evlənən gənc selin qurbanı oldu - VİDEO - FOTO - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Şəkidə hadisə yerində

“Saat 18 radələrində dolu düşüb. Ardınca da güclü yağış yağıb. Su dağlarda olan ağac qırıntılarını da özü ilə gətirib. Bu ərazidəki əsas yolun 2 kilometrdən artıq hissəsi dağılıb. Hazırda fəsadların aradan qaldırılması və yolda hərəkətin bərpası üçün işlər görülür”.

© Sputnik / Ibrahim Hashimov
Şəkidə hadisə yerində - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ibrahim Hashimov
Şəkidə hadisə yerində - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ibrahim Hashimov
Şəkidə hadisə yerində - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Eləcə də oxuyun:

Xəbər lenti
0