BAKI, 7 iyun — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Qotki bölgəsində baş vermiş qatar qəzası ilə bağlı başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu məlumat nazirliyin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
"Biz Pakistanın Qotki bölgəsində ölümlə nəticələnən qatar qəzası ilə bağlı xəbərdən dərin kədərləndik. Biz həlak olan 30 sərnişinin ailəsinə dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik. Hazırda bizim düşüncə və dualarımız qardaş Pakistanladır ", - deyə məlumatda bildirilir.
We"re deeply saddened by news on deadly train accident in #Ghotki district of 🇵🇰. Our heartfelt condolences go to the families of deceased 30 passengers. Wishing speedy recovery to all injured. Our thoughts & prayers are with brotherly #Pakistan at this time.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 7, 2021
Xatırladaq ki, Pakistanın Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında sərnişin qatarları toqquşub. Hadisə nəticəsində 40-dək insan həyatını itirib.
Qəza zamanı 14 vaqon çevrilib. İnsident nəticəsində 60-dan çox insan xəsarət alıb.