CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ağaclar "yolu kəsdi" - VİDEO/FOTO

© Sputnik / Ibrahim HashimovQaxda leysanın yaratdığı fəsadların nəticəsi
Qaxda leysanın yaratdığı fəsadların nəticəsi - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Abunə olmaq
Qaxda güclü leysan ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hadisə yerindən Sputnik Azərbaycan-ın müxbiri İbrahim Həşimov məlumat verir.

BAKI, 6 iyun — Sputnik. Qaxda bu gün səhər saatlarından başlayan yağış günorta daha da güclənib və leysana keçib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, küləklə müşayiət olunan güclü leysan xeyli fəsad törədib.

Rayon ərazisində bir neçə irigövdəli ağac aşıb. Yevlax – Gürcüstan sərhədi avtomobil yolunun Qaxın Tanqıt kəndindən keçən ərazisində də irigövdəli ağac aşıb və bir neçə ağacın budaqları qırılaraq yola tökülüb.

© Sputnik / Ibrahim Hashimov
Qaxda leysanın yaratdığı fəsadların nəticəsi - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ibrahim Hashimov
Qaxda leysanın yaratdığı fəsadların nəticəsi - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ibrahim Hashimov
Qaxda leysanın yaratdığı fəsadların nəticəsi - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Bu səbəbdən də yolda avtomobillərin hərəkətində çətinlik yaranıb. Ağaclar kəsilərək yoldan kənarlaşdırıldıqdan sonra avtomobillərin normal hərəkəti bərpa olunub.

Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində də fasilələr yaranıb. Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

Eləcə də oxuyun:

Xəbər lenti
0