BAKI, 6 iyun - Sputnik. Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 893 nəfər müalicə olunaraq sağalıb, 4 941 nəfər vəfat edib. 2881 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7794, bu günə qədər isə ümumilikdə 3567745 test icra olunub.
Qeyd edək ki, iyunun beşinə olan statistikaya görə, sutka ərzində 108 yeni yoluxma faktı qeydə alınmış, 350 nəfər müalicə olunaraq sağalmış, 3 nəfər COVID-dən vəfat etmişdi.