CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan "səssiz" terrora əl atıb

© Sputnik / Ilya Naymushin / Mediabanka keçidРыбная ферма "Саянская форель" в Хакасии
Рыбная ферма Саянская форель в Хакасии - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
Ermənistan ərazisindən ölkəmizə axan çaylar kimyəvi maddələrlə çirkləndirilməyə məruz qalır. İş o yerə çatıb ki, çaylardan birində bioloji müxtəliflik məhv olmaq həddindədir.

BAKI, 4 iyun — Sputnik. "Çaylar kimyəvi çirkləndiricilərlə çirkləndirilir. Ən çox çirklənməyə məruz qalan Oxçuçaydır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi barədə danışarkən deyib.

O bildirib ki, Oxçuçayda vəziyyət ekoloji fəlakət səviyyəsinə çatıb, burada bioloji müxtəliflik yox olma səviyyəsindədir:

"Ötən ildən başlayaraq işğaldan azad edilən ərazilərdə aparılan monitorinqlərin ilkin nəticələri məlumdur. İşğaldan azad edilən yerlər su ehtiyatları baxımından zəngin ərazilərdir. Onların bazasında yeni su ehtiyatları ilə bağlı layihələr işlənməkdədir. Araşdırmalar nəticəsində orada olan su ehtiyatlarına çox ziyan dəydiyi məlum olub. Su nümunələrindən götürülən analizlər onu göstərir ki, Ermənistandan keçən çaylarımız çirkləndirilir. Proses hələ də davam etdirilir. Oxçuçay ən çox çirklənməyə məruz qalır".

Vüqar Kərimov deyib ki, növbəti illərdə Azərbaycanın su ehtiyatlarının azalacağı gözlənilir. Ona görə də sudan istifadəyə qənaət edilməlidir. "İqlim dəyişikliklərinə görə növbəti illərdə su ehtiyatları azalacaq. Azsulu ölkə kimi suları qorumalıyıq və sudan düzgün istifadə etməliyik".

Regional Ekoloji Mərkəzin direktoru, İctimai Şuranın sədri Mələk Şükürova isə deyib ki, Oxçuçayda "Qırmızı kitab"a daxil edilən qızıl və farel balıqlarının kütləvi məhvi qeydə alınıb və proses hələ də davam edir:

"Azərbaycan su hövzələri ilə bağlı qəbul edilən beynəlxalq konvensiya çərçivəsində öhdəlik daşıyır. Dəfələrlə Ermənistanın konvensiyaya qoşulması üçün çağırışlar etsək də, buna əməl olunmayıb. Suların çirkləndirilməsi suvarma şəbəkəsinə də öz mənfi təsirini göstərir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdir müavini Vasif Əliyev isə bildirib ki, çirklənmə flora və faunanın inkişafına ciddi təsir göstərir: "Bəsitçay, Bərgüşad və Araz çaylarında da çirkləndirmələr qeydə alınıb. Oxçuçaydan götürülən analizlərin nəticələrinə görə çayda çirkləndiricilərin miqdarı normadan çoxdur".

Eləcə də oxuyun:

  • Suqovuşan Azərbaycanı suya qovuşdurur: Artıq artezianlara ehtiyac qalmayacaq

  •  Mənbəyini Qarabağdan götürən çayların suyu hər gün yoxlanmalıdır - ekspertdən xəbərdarlıq

  •  Neftçalalılar su içə bilsinlər deyə beş dövlətlə danışıq aparmaq lazımdır

  •  Məcburi köçkünlər öz yurdlarına qayıda bilmirlər: Ombudsman dünyaya səsləndi - VİDEO

Xəbər lenti
0