CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yüyürmə! Gördüyün yalnız sərabdır..." - FOTO

© Sputnik / Shahperi AbbasovaARTIM Lab-2021 proqramının iştirakçıları əsərlərindən ibarət birgünlük “Dalğıc: duyğusal mənaların yeddi qatı” adlı sərgi
ARTIM Lab-2021 proqramının iştirakçıları əsərlərindən ibarət birgünlük “Dalğıc: duyğusal mənaların yeddi qatı” adlı sərgi - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
Məqsəd çətin dərk olunan reallıqla bağlı müxtəlif yanaşmaları tədqiq edən rəssamlar qrupunun əsərlərini bir araya gətirməkdir.

BAKI, 3 iyun — Sputnik. YARAT Müasir İncəsənət Məkanı ARTIM Flux layihəsi çərçivəsində "Yüyürmə! Gördüyün yalnız sərabdır..." adlı sərgi təşkil edib.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən YARAT Müasir İncəsənət Məkanının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimovanın sözlərinə görə, sərgidə Aqil Abdullayev, Nərgiz Əsgərova, Katerina Bortsova, Ruslan Quliyev, Adam Pançuk, Lena Skripkina, Yelizaveta Zaliyevanın əsərləri təqdim edilib:

""Yüyürmə! Gördüyün yalnız sərabdır..." sərgisinin təşkil olunmasında məqsəd çətin dərk olunan reallıqla bağlı müxtəlif yanaşmaları tədqiq edən rəssamlar qrupunun əsərlərini bir araya gətirməkdir.
© Sputnik / Shahperi AbbasovaARTIM Flux layihəsi çərçivəsində "Yüyürmə! Gördüyün yalnız sərabdır..." adlı sərgi
Yüyürmə! Gördüyün yalnız sərabdır... - FOTO - Sputnik Azərbaycan, 1920, 03.06.2021
ARTIM Flux layihəsi çərçivəsində "Yüyürmə! Gördüyün yalnız sərabdır..." adlı sərgi

Sərginin əsas istinadı qədim yunan filosofu Platonun Dövlət əsərində istifadə etdiyi Mağara alleqoriyası ilə bağlıdır. Burada bir qrup insan mağaranın divarına zəncirlənib və yalnız öz arxalarında olan alovun qarşısından keçən obyektlərin kölgələrini görə bilirlər. Kölgə məhbusları üçün yeganə reallıq variantı bu olmaqla yanaşı, kölgələr dəqiq və həqiqi gerçəkliyi təmsil edir. Bu hekayənin simvolizmində olduğu kimi, insanlar yalnız qavrayış yolunun "tələsinə düşüblər". Onlar səthi həqiqətin ilğımlarını görür və kölgələri öz reallıqları kimi qəbul edirlər. Kollektiv sərgi bu həqiqəti daha dərindən görmək üçün belə bir sual ortaya qoyur: Görəsən, gördüyümüz reallıq, kölgələr kimi duyula bilməyən və qaranlıqdır, yoxsa, onun digər tərəfi də var?"

© Sputnik / Shahperi AbbasovaARTIM Flux layihəsi çərçivəsində "Yüyürmə! Gördüyün yalnız sərabdır..." adlı sərgi
Yüyürmə! Gördüyün yalnız sərabdır... - FOTO - Sputnik Azərbaycan, 1920, 03.06.2021
ARTIM Flux layihəsi çərçivəsində "Yüyürmə! Gördüyün yalnız sərabdır..." adlı sərgi

Departamentinin rəhbərinin bildirdiyinə görə, qrup sərgisi, rəssamların müxtəlif yanaşmaları, hekayələri və düşüncələrinin prizmasından reallığın qeyri-sabit mahiyyətinin həm fərdi, həm də kollektiv surətdə qavranılmasını araşdırır:

Onlar yaxın dövrdə baş verən dəyişiklikləri həm qlobal, həm də lokal səviyyədə, kollektiv "çaşqınlıq dilemmasının" səbəbi kimi nəzərdən keçirir. Sərgi məkanı xəyalpərvərlik və fantaziya durumunu təmsil edir ki, bu da reallığın özü kimi qavranılmaz olmaqla bərabər, gerçəklik və illüziya arasındakı sərhədin silindiyi bir məkanın yaradılmasına yönəlib.

© Sputnik / Shahperi Abbasova
ARTIM Flux layihəsi çərçivəsində Yüyürmə! Gördüyün yalnız sərabdır... adlı sərgi  - Sputnik Azərbaycan
1/3
ARTIM Flux layihəsi çərçivəsində "Yüyürmə! Gördüyün yalnız sərabdır..." adlı sərgi
© Sputnik / Shahperi Abbasova
ARTIM Flux layihəsi çərçivəsində Yüyürmə! Gördüyün yalnız sərabdır... adlı sərgi  - Sputnik Azərbaycan
2/3

3/3

Görəsən, biz illüziya və gerçəklik, aşkar və görünməyən arasında bu bulanıq sərhədi başa düşürük və onu dərk etmək əzmindəyik? Bəlkə insanın qavrayışı pis yuxunun kölgəsi və ya metaforasıdır? Görəsən, bu reallığın kölgələrində işıq mənbəyi haradadır? Sanki bu müqayisə kimi, rəssamlar yuxular, yaddaş və illüziya, kölgə və işıq, həqiqət və onun qavrayışı, qorxu və ümid, aşkar və gizli, dövrlər və hərəkətlər, unudulmuş hekayələr və səthilik kimi mövzuları işıqlandırmağa və onları sual altına qoymağa çalışırlar".

Onu da bildirək ki, "Yüyürmə! Gördüyün yalnız sərabdır..." sərgisi öz adını Nizami Gəncəvinin şeirindən götürüb və üfüqdə bərqvurmanı xatırladan, öz obrazını sürətlə dəyişən, həm dənizdə, həm də quruda görünən, adətən dənizçilərin gözünə möcüzəli qəsr kimi peyda olan Fata Morqana fenomenindən ilhamlanıb.

Xəbər lenti
0