Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qəzetlər tarixə qovuşur - MEDİA-nın tələblərinə əməl olunmalıdır

© Sputnik / Anar MustafayevПродажа газет в Баку
Продажа газет в Баку - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
KİV sahəsində yeni qurumun dəstək layihəsi ədalətli seçim məsələsini gündəmə gətirib. Hətta çap mediasının "dəfninə" hazırlaşanlar var. Bununla bağlı media ekspertləri Sputnik Azərbaycan-ın müxbiri Elvin Səlimovla fikirlərini bölüşüblər.

BAKI, 3 iyun — Sputnik. Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edib. Müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər. Agentliyin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib ki, müsabiqənin əsas məqsədi media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir.

Ölkəmizdə çoxlu sayda informasiya saytı fəaliyyət göstərir. Bəs bu saytlar arasında ədalətli seçimin edilməsi üçün hansı parametrlər əsas götürülməlidir? Media strukturlarına ediləcək bu yardımlar nə üçün vacibdir?

Sputnik Azərbaycan müsabiqə ilə bağlı təcrübəli media nümayəndələrinin fikirlərini öyrənib.

Журналистка в офисе, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.06.2021
CƏMİYYƏT
Kimlərin MEDİA yardımlarına haqqı çatır?

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid agentliyin elan etdiyi müsabiqələrlə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, MEDİA yarandığı gündən gərgin iş şəraitində fəaliyyət göstərir: “Həm “Media haqqında” qanunun hazırlanması istiqamətində, həm də yeni müsabiqə şərtlərinin formalaşdırılması ilə bağlı işlər aparılır. Bu çox çətin işdir. Artıq hər kəsə bəllidir ki, media klassik formadan yeni formaya keçir. Yeni informasiya ötürücülərinin yaranması və onlarla işləmək çox çətinləşir. Bu baxımdan hesab edirəm ki, agentliyin onlayn media resursları üçün elan etdiyi müsabiqə şərtlərini məqbul hesab etmək olar”.

Baş redaktor əlavə edib ki, çap mediası, qəzetlər getdikcə tarixə qovuşur: “Bu müsabiqə imkan verəcək ki, qəzetlər elektron versiyası üzərində daha diqqətlə çalışsınlar. Bir neçə müddət idi ki, onlayn media üçün yardımların edilməsi təklif edilirdi, arzulanırdı. İndi şərtlərə baxanda görürük ki, gerçəkdən bu şərtlər ödənilə biləndir. Əgər media və jurnalist adına iddia olunursa, tələblərə əməl olunmalıdır”.

Работа в офисе, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.06.2021
CƏMİYYƏT
MEDİA onlayn və çap mediasına dəstək layihəsi elan edib

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov hesab edir ki, elektron medianın bu cür layihələrə cəlb olunması müsbət haldır: “KİVDF yaradılandan bəri elektron medianın da bu cür layihələrə cəlb olunması istənilirdi. Nəhayət ki, MEDİA agentliyi saytlara yardım etməyə qərar verdi. Agentliyin açıqladığı şərtləri nəzərdən keçirdikdə görürük ki, normal tələblər mövcuddur. Sadəcə müəyyən meyarlar var ki, onlar bizim üçün qaranlıq olaraq qalır”.

Ələsgər Süleymanov bildirib ki, çap mediasına yardımların azaldılacağı ilə bağlı məqamlar onları qane etmir: “Əslində tirajın artımına və satışın yaxşılaşmasına hesablanmış siyasət aparılmalıdır. Düşünürəm ki, vəsaitin azaldılması çap mediasının vəziyyətini daha da ağırlaşdıracaq, nəinki inkişafına kömək edəcək. Amma ümumilikdə götürdükdə elektron mediaya dəstəyin faydalı olacağını düşünürəm. Mövcud onlayn media resursları bu imkandan istifadə edə biləcəklər”.

Xəbər lenti
0