Dindarlardan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

© Sputnik / Ilham MustafayevОдин из прихожан в мечети во время намаза
Один из прихожан в мечети во время намаза - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
Qafqaz Müsəlmanları İdarəsi: "Təhqir edib ədəb-ərkandan uzaq davrananlara qarşı xəbərdarlıq edilmədən tədbir görüləcək".

BAKI, 3 iyun  Sputnik. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qurumun Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinin izləyicilərinə xəbərdarlıq edib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı idarənin sosial şəbəkə hesabında müvafiq məlumat paylaşılıb:

"Salam, qardaş və bacılar. Burada paylaşdığımız xəbər və məlumatlara şərh verərkən etik normalara diqqət etmənizi xahiş edirik. Tənqidlə təhqir arasında çox böyük fərq var. Təhqir edib ədəb-ərkandan uzaq davrananlara qarşı xəbərdarlıq edilmədən tədbir görüləcək. Allah sizi xeyirli işlərdə müvəffəq etsin".

QMİ-nin elə həmin statusuna şərh yazan sosial şəbəkə istifadəçiləri isə məscidlərdə namaz qılanlardan COVID-19 pasportunun tələb olunacağı barədə qərara etirazlarını ifadə ediblər.

Məscidlərə yalnız COVID-19 pasportu olanlar buraxılacaq

İyunun 2-də Qafqaz Müsəlmanları İdarəsi COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb. Bu qaydalara əsasən məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır.

Bundan əlavə, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir. İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır. İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

Həmçinin oxuyun: 

* Məscidlərə yalnız COVID-19 pasportu olanlar buraxılacaq

 

Xəbər lenti
0