Azərbaycanda ali təhsili qanuna sığdırmaq müşkülə çevrilib

© AR Ministry of EducationВ одной из школ, фото из архива
В одной из школ, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
Komitə sədri: ""Ali təhsil haqqında" qanun layihəsi üzərində iş davam edir və sənəd yaxın vaxtlarda yeni redaktədə komitənin müzakirəsinə çıxarılacaq".

BAKI, 3 iyun — Sputnik. İyunun 3-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, komitənin sədri Bəxtiyar Əliyev əvvəlcə "Milli Məclisin 2021-ci ilin yaz sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlərin hesabatı"nı təqdim edib. Bildirib ki, yaz sessiyasında komitənin 8 iclası keçirilib, 15 məsələyə baxılıb, iş planında nəzərdə tutulan məsələlər həllini tapıb. Yalnız "Ali təhsil haqqında" qanun layihəsi üzərində iş davam edir və sənəd yaxın vaxtlarda yeni redaktədə komitənin müzakirəsinə çıxarılacaq.

Sonra iclasda "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Onkoloji yardım haqqında", "Sosial xidmət haqqında", "Mədəniyyət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Məktəbəqədər təhsil haqqında", "Məşğulluq haqqında" və "Peşə təhsili haqqında" və digər qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Komitə sədri bildirib ki, qanun layihəsi bütövlükdə vətəndaşların daha keyfiyyətli xidmətlərlə təmin olunmasına, dövlətin əlillərə qayğısının daha da gücləndirilməsinə yönəlib.

İclasda qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, nəzərdə tutulan dəyişikliklər əsasən əlilliyin təyinində faiz indikatorunun tətbiqini, bu sahəyə dair qabaqcıl beynəlxalq təcrübənin və standartların milli qanunvericilikdə təsbit olunmasını ehtiva edir.

Yekunda sözügedən qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti
0