BAKI, 3 iyun — Sputnik. Sabirabad rayonunun Zəngənə kəndində evin yanması nəticəsində ana və iki oğlu yanaraq ölüblər.
Sputnik Azərbaycan FHN-in saytına istinadən bildirir ki, bunlar Sabirabad rayonunun Zəngənə kənd sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı, oğlanları 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu və 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Elmin oğludur.
Yanğını səhər namazına duran qonşu görüb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparırlar. Xilasedicilər hadisə yerinə çağırışdan 15 dəqiqə sonra gələndə 230 kv.metr sahəsi olan birotaqlı evin tamam yandığını aşkarlayıblar.
Eləcə də oxuyun: