BAKI, 1 iyun — Sputnik. "May ayının 17-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Səhiyyə Nazirliyinin Gigiyeniya və Epidemiologiya Mərkəzi ilə birlikdə Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıb".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Nazim Mahmudov bildirib. O deyib ki, ilkin nəticələrə görə, Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyində insanların çimməsi tövsiyə edilmir: "Burada həddən artıq çirklənmələr mövcuddur".
N.Mahmudov əlavə edib ki, Novxanı qəsəbəsi, Sabunçu, Nardaran və Zağulba ərazisindəki çimərlik istifadəyə yararlıdır. Nazirlik rəsmisi qeyd edib ki, digər çimərliklərdə aparılan tədqiqatlar davam etdirilir: "İyunun 15-nə qədər bütün nəticələr məlum olacaq".
Qeyd edək ki, Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan çimərliyində suyun çirkli olduğu ötən mövsüm də də açıqlanmışdı. Buna baxmayaraq, həmin çimərliklərdən istifadə edilirdi.
Eləcə də oxuyun:
-
Məscidlərdə 50 nəfər, işçilərin 80 faizi... NK-nın yeni qərarının detalları
-
Qarşıda bizi böyük problem gözləyir: İcazə olsa da, olmasa da təhlükəli sulara girəcəyik