BAKI, 1 iyun — Sputnik. Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Dəmirçidam kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
2020-ci il sentyabrın 27-də başlamış Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində erməni işğalında olan ərazilərimiz geri qaytarıldı. Əksər ərazilər hərbi əməliyyatlar nəticəsində geri qaytarılsa da, Ağdam, Kəlbəcər və Laçın rayonları ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatən şərtlərinə uyğun olaraq bir güllə atılmadan işğaldan azad edilib.