BAKI, 31 may — Sputnik. Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən sonuncu plenar iclasda Milli Məclisin Sədri Sahibə Qafarova bildirib.
S.Qafarova bildirib ki, qanunvericiliyin tələbinə uyğun olaraq bununla bağlı müraciət olunub və Milli Məclisin Sədri Milli Məclisin 81 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.
"İyun ayında bizim növbədənkənar sessiyamız keçiriləcək, bununla bağlı sərəncam imzalamışam", - deyə sədr qeyd edib.
Qeyd edək ki, bu gün Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib və iclasda 6 məsələyə baxılıb.
Eləcə də oxuyun:
-
Deputatlar Şuşa ilə bağlı qərar verdilər
-
Teatrlar açılmalı, açıq havada toylara icazə verilməlidir - Millət vəkilləri dilə gəldilər