Şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir

© Photo : Baku Transport AgencyBakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar
Bakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 31-i saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

BAKI, 31 may - Sputnik. Bu gündən Azərbaycanın şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.

Qərara əsasən, saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

Qeyd edək ki, şəhər və rayonlara avtobusların gediş-gəlişi ötən il martın 29-dan dayandırılmışdı.

Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.

Xəbər lenti
0