Azərbaycanda koronavirusa yoluxanların sayı azaldığına və vaksin olunanların sayı artdığına görə karantin rejimi yenidən yumşaldılıb. Metronun açılması karantin rejiminin mərhələli yumşalma planının tərkib hissəsidir.
Mayın 31-dən karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılıb.Yalnız həftəsonları ictimai nəqliyyatda, həmçinin metropolitendə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Onu da bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabırın 19-dan dayandırılıb. Paytaxt sakinləri müsahibələrində bildiriblər ki, metronun açılmasına çox sevinirlər, çünki belə ünvana daha tez çatmaq mümkündür:
"Metrosuz çətin idi. Hətta dözülməz. Paytaxt əhalisi xeyli vaxtdır ki, avtobuslarda sözün əsl mənasında zillət çəkirdi".